Azroksan LLC Azroksan LLC
  • 105

Kompozit İstehsal Texniki

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Kompozit İstehsal Texniki

  • Deadline 14 Oktyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş haqqında:

  • Azroksan şirkəti istehsal planlarına uyğun olaraq müxtəlif mexaniki emal əməliyyatlarının yerinə yetirilməsinə, istehsal proseslərinin keyfiyyət standartlarına uyğun icrasına və istifadə olunan avadanlıqların düzgün işlədilməsinə cavabdeh olacaq Kompozit İstehsal Texniki axtarır.
  • Seçilən namizədlər Türkiyədə 6 aylıq peşəkar təlim proqramında iştirak edərək beynəlxalq iş mühitində dəyərli təcrübə qazanacaq; təlim, yaşayış, yemək və yol xərclərinin hamısı şirkət tərəfindən qarşılanacaq.

Əsas vəzifələr:

  • İstehsal planlarına uyğun olaraq hissələrin mexaniki emal əməliyyatlarını müəyyən edilmiş keyfiyyət və müddət tələblərinə uyğun şəkildə yerinə yetirmək.
  • Təlim və proses sənədlərinə əsasən CNC torna, CNC frezer, universal torna və frezer dəzgahlarında emal işlərini həyata keçirmək.
  • Deşik açma, daşlama, kəsim, yığma, səviyyələndirmə və digər mexaniki emal proseslərini müəssisədaxili prosedurlara uyğun icra etmək.
  • Proseslərdə istifadə olunan alətlərin, avadanlıqların, ölçü cihazlarının və qəliblərin düzgün istifadəsini və səliqəli saxlanılmasını təmin etmək.
  • İstehsal sənədlərini və emalatxana qeydlərini düzgün və vaxtında doldurmaq, maşınların gündəlik texniki xidmətini həyata keçirmək.

Tələblər:

  • Ali təhsil (Kimya mühəndisliyi, Material mühəndisliyi və Kimya ilə əlaqəli ixtisaslar)
  • CNC və universal dəzgahlarla (tornalama, frezləmə, qazma və s.) işləmək üzrə iş təcrübəsi.
  • Texniki çertyojları və istehsalat sənədlərini oxumaq bacarığı.
  • Ölçmə alətləri (sirkul, mikrometr və s.) ilə işləmək bacarığı və dəqiqlik.
  • Komanda ilə effektiv əməkdaşlıq bacarığı. 
  • Bəy namizədlər üçün hərbi xidmətini başa vurmuş və ya artıq çağırılmayacaq (hərbi xidmət öhdəliyi olmayan) şəxslər müraciət edə bilər.

Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu sətrində “Kompozit İstehsal Texniki” qeyd etməlidirlər.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily111
  • Weekly249
  • Monthly1344