Azroksan LLC Azroksan LLC
  • 757

Azroksan LLC

Прочее

Mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mühasib

  • Истекает 11 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş haqqında:
Azroksan şirkəti maliyyə və mühasibat əməliyyatlarını düzgün, tam və qanunvericiliyə uyğun aparacaq, həmçinin ERP sistemində qeydiyyat və arxiv işlərini idarə edəcək peşəkar Mühasib axtarır.

Əsas vəzifələr:

  • Gündəlik mühasibat əməliyyatlarının (mədaxil, məxaric, köçürmələr) aparılması
  • İlkin mühasibat sənədlərinin (hesab-faktura, qaimə, akt, müqavilə və s.) tərtibi və uçotu
  • Vergi, DSMF, Statistika üzrə aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak
  • Bank çıxarışlarının yoxlanılması və mühasibat uçotunda əks etdirilməsi
  • Kassa əməliyyatlarının uçotu və nəzarəti
  • Əsas vəsaitlərin, azqiymətli tez köhnələn əşyaların və material ehtiyatlarının uçotu
  • Debitor və kreditor borcların izlənilməsi, qarşılıqlı üzləşmələrin aparılması
  • Elektron qaimə-fakturaların, e-vergi və e-taxes əməliyyatlarının icrası
  • Təhdəlhesab üzrə aylıq və rüblük hesabatların hazırlanması
  • Borcların vaxtında bağlanmasına nəzarət, gecikmələrin analizi
  • Mühasibat sənədlərinin sistemli şəkildə arxivləşdirilməsi
  • Daxili yoxlamalar və audit prosesləri zamanı tələb olunan məlumatların hazırlanması
  • Rəhbərlik  tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icrası

Tələblər:

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə təhsil
  • Maliyyə və mühasibat əməliyyatlarında minimum 3 illik iş təcrübəsi.
  • Vergi qanunvericiliyi, ERP və MS Office proqramları üzrə bilik.
  • Analitik düşüncə və dəqiq iş aparmaq bacarığı.
  • Komanda ilə effektiv əməkdaşlıq bacarığı.

Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər CV-lərini
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməli və mövzu sətrində “Mühasib” qeyd etməlidirlər.

Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily58
  • Weekly434
  • Monthly1121