Təsvir
- Elektronika avadanlıqlarının quraşdırılması, sazlanması və texniki baxışının aparılması;
- Avtomatik idarəetmə sistemləri və elektronik cihazların təmiri, yoxlanışı və quraşdırılması;
- Yüsək gərginlikli avadanlıqlarda texniki baxışların aparılması:
- Diaqnostika vasitəsilə nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
- Avadanlıqların düzgün işləməsini təmin etmək üçün planlı texniki xidmətin həyata keçirilməsi;
- Dəyişən axın və dövrə təhlili, PLC sistemləri və sensorlar ilə işləmək və montaj olunması;
- Elektron sxemləri oxuma və analiz etmə, nasazlıqların tapılması və təmiri;
- Təhlükəsizlik qaydalarına uyğun işləmək.
Tələblər
- Elektronika və ya ona yaxın sahədə orta texniki və ya ali təhsil;
- Sahə üzrə sertifikatlar;
- Sahə üzrə 2-3 il iş təcrübəsi;
- Avtomatlaşdırma, elektronik lahiyələrdə elektronika texnologiyaların tətbiqi təcrübəsinin olması əlavə üstünlükdür;
- Elektron sxemləri oxuma bacarığı və ölçü cihazları ilə işləmək bacarığı;
- Fiziki sağlamlıq və aktiv iş rejiminə uyğunlaşma;
- Komanda ilə işləmə və kommunikasiya bacarıqları.
İş yeri Qəbələ rayon, Vəndam qəsəbəsində yerləşir.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Servislə təmin olunur
- Tibbi sığorta
Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.