Azservis MMC Azservis MMC
  • 1.2K

Azservis MMC

IT

Layihə Assistenti

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Layihə Assistenti

  • Истекает 21 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş rejimi: Tam ştat, 09:00-18:00

Məkan: İçəri Şəhər, Bakı

Təşkilat: "Üçüncü Bahar" Yaşlılara Dəstək İctimai Birliyi

Üçüncü Bahar İctimai Birliyinin məqsədi ölkədə yaşayan yaşlı insanların sosial rifahının yaxşılaşdırılması onların asudə zamanlarının səmərəli təşkili, cəmiyyətə inteqrasiyasını təmin edərək fəal yaşlanmalarını təşviq etməkdir. Birliyin nəzdnində YAŞA Mərkəzləri fəaliyyət göstərir.

Vəzifə haqqında:

Komandamız sosial layihələrin idarə edilməsi sahəsində fəaliyyət göstərən layihə assistenti axtarır. Bu vəzifə layihə koordinatoruna müxtəlif istiqamətlərdə dəstək göstərməyi, tədbir təşkilatçılığını və geniş tərəfdaş şəbəkəsi ilə əlaqələrin idarə edilməsini əhatə edir. İş prosesində özəl şirkətlər, dövlət qurumları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq nəzərdə tutulur.

Tələblər:

Dil bilikləri: (yaxşı səviyyədə ünsiyyət və yazı bacarığı tələb olunur)

  • Azərbaycan (səlis)
  • İngilis (arzu olunan)
  • Rus (səlis)

Şəxsi keyfiyyətlər: 

  • Yüksək kommunikasiya bacarığı
  • Öyrənməyə həvəsli
  • Dəyişən şəraitə tez uyğunlaşmaq
  • Empatiya qura bilmək bacarığı
  • Sosial yönümlü

Peşəkar bacarıqlar:

  • Təqdimat bacarığı
  • Rəsmi yazışmalar bacarığı
  • Namizəd müxtəlif auditoriyalar qarşısında informasiyanı aydın və təsirli şəkildə çatdıra bilməlidir.

Əsas vəzifələr:

Layihə assistenti aşağıdaki məsuliyyətləri daşıyacaq: sosial layihələrin sənədləşdirilməsi və monitorinqi, YAŞA mərkəzində keçirilən tədbir və görüşlərin təşkilində iştirak, özəl şirkətlər, dövlət qurumları və beynəlxalq təşkilatlarla əlaqələrin saxlanılması, tərəfdaşlarla danışıqların aparılmasında dəstək, təqdimat materiallarının hazırlanması, hesabatların toplanması və təqdim edilməsi, cari layihə proseslərinin koordinasiyası, tədbir logistikasının idarə olunması və hədəf qrupla işləmək.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly389
  • Monthly2331