Təsvir
- Təsdiq olunmuş İllik Audit Planına əsasən audit, sonrakı audit və xüsusi audit layihələrinin həyata keçirilməsində iştirak edilməsi;
- Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsində iştirak edilməsi;
- Audit layihəsinin nəticələri barədə hesabatın hazırlanmasında iştirak edilməsi;
- Audit layihəsi üçün İş Proqramının hazırlanmasında iştirak edilməsi;
- Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurlarının həyata keçirilməsinin təmin edilməsi;
- Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələrin verilməsi və təqdim olunan tədbirlər planının icrasının monitorinqinin keçirilməsi;
- Daxili Audit Departamentinin rəhbəri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi.
- Rəhbərliyin tapşırıqlarını və xüsusi audit sorğularını yerinə yetirmək.
- Bütün növ iş sənədlərinin qorunub saxlanılması.
Tələb olunan bilik və bacarıqlar:
- Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür;
- Sığorta sahəsində təcrübənin olması üstünlükdür;
- Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
- Analitik bacarıqlar, ünsiyyət qurma bacarıqları
- Problem həlletmə bacarığı;
- Səlist və aydın danışıq qabiliyyətinin olması;
- Təhsil: Ali (Mühasibat uçotu və audit, idarəçilik, iqtisadiyyat, maliyyə);
- İş təcrübəsi: 1 il (Audit, Mühasibatlıq, Maliyyə, Sığorta və ya əlaqəli sahələr üzrə)
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığının olması, ingilis dili biliyi üstünlükdür;
- Kompüter bilikləri: MS Windows məhsulları ilə işləmək bacarığı;
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.