İş rejimi: Tam ştat / Hibrid
Komanda: Məhsul dizaynı və inkişafı şöbəsi
Vəzifə və öhdəliklər:
- Yeni məhsul və funksionallıqların hazırlanmasında istifadəçi yönümlü dizayn həllərinin planlanması və tətbiqi
- İnterfeyslərin, prototiplərin və istifadəçi axınlarının hazırlanması və test edilməsi
- Məhsul komandası ilə sıx əməkdaşlıq edərək istifadəçi təcrübəsinin davamlı təkmilləşdirilməsi
- Mövcud dizayn sistemlərindən istifadə və yeni komponentlər üzrə təkliflərin verilməsi
- Təcrübə və bilik paylaşımı yolu ilə komanda inkişafına töhfə vermək
Axtardığımız keyfiyyət və bacarıqlar:
- UI/UX dizaynı və məhsul inkişafı sahəsində minimum 5 il peşəkar təcrübə
- Rəqəmsal məhsullar (G2C / G2G / G2B / B2B) üzrə portfolio; istifadəçi interfeysi və təcrübəsinin formalaşdırılması, motion design üzrə biliklər
- Dizayn sistemləri üzrə nəzəri biliklər və komponent əsaslı yanaşma təcrübəsi
- Variables və Design Token-lərlə işləmək bacarığı
- Design Thinking yanaşması ilə məhsul dizaynı prosesi üzrə bilik və bacarıqlar
- İstifadəçi davranışları və usability testing sahəsində təcrübə
- Agile metodologiyası ilə işləmək bacarığı
- Figma və digər müvafiq alətlərlə (Jira, Hotjar və s.) sərbəst işləmək təcrübəsi
- Web və mobil (iOS, Android) platformalarda interfeys dizaynı üzrə təcrübə
- Yaradıcı düşüncə, nəticəyönümlü yanaşma və davamlı inkişafa maraq
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə +994 10 232 88 89
www.azsoftware.az
Ünvan - Bakı şəhəri, Xətai pr.34, Luxen Plaza 9-cu mərtəbə