İş şəraiti:
- İş qrafiki: 10:00 – 19:00
- Əməkhaqqı- Müsahibə əsasında təyin olunacaqdır
Vəzifə öhdəlikləri:
- Şirkətimizin korporativ əlaqələr strategiyalarını inkişaf etdirmək və tətbiq etmək.
- Tərəfdaşlarla, müştərilərlə və digər strateji əlaqələrimizlə qarşılıqlı faydalı münasibətlər qurmaq və idarə etmək
- Şirkətimizin korporativ imicinin qorunması və inkişafı üçün kommunikasiya və əlaqə kanallarının optimallaşdırılması
- Müştəri və tərəfdaş məmnuniyyətini artırmaq məqsədilə mütəmadi olaraq tədbirlər hazırlamaq
Namizəd üçün Tələblər:
- İngilis dilində B2 səviyyəsində yazılı və şifahi ünsiyyət bacarığı (Digər dillər üstünlükdür)
- Korporativ əlaqələr, marketinq və ya kommunikasiya sahələrində ali təhsil və ya müvafiq təcrübə.
- Yüksək səviyyədə ünsiyyət bacarığı və mükəmməl təqdimat qabiliyyəti.
- Yaradıcı və analitik düşüncə tərzi, innovativ yanaşmalar tətbiq etmək bacarığı.
- Komanda ilə işləmək bacarığı və müştəri məmnuniyyətinə fokuslanmaq.
- Kifayət qədər stress altında işləmək bacarığı və yüksək performans göstərmək.
- Microsoft Office proqramlarında mükəmməl bilik və digərlərini mənimsəmə bacarığı.
Uyğun namizədlər öz CV formlarını vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçtuna göndərə bilər.