AzTelco Group MMC AzTelco Group MMC
  • 227

AzTelco Group MMC

Daxili Audit üzrə Mütəxəssis

  • Deadline 3 İyul 2026

Ünvan: Park View Business Center, Füzuli küçəsi 35, Bakı şəhəri

Vəzifə Öhdəlikləri:

  • Maliyyə əməliyyat və uyğunluq riskləri də daxil olmaqla, biznes fəaliyyətləri ilə bağlı potensial riskləri müəyyənləşdirmək və qiymətləndirmək;
  • Daxili nəzarət mexanizmlərinin dizaynını və effektivliyini qiymətləndirmək, müvafiq tövsiyələr vermək;
  • “Fraud” hallarının araşdırılması və müvafiq hesabatının hazırlanması;
  • Proseslərin qanunvericiliyə, daxili qaydalara və ən yaxşı təcrübələrə uyğunluğunu təhlil etmək və qiymətləndirmək;
  • Tapıntılar, əsas səbəbləri və tətbiq edilə bilən tövsiyələr əsasında əhatəli audit hesabatları hazırlamaq;
  • Audit standartlarına uyğunluğun və iş keyfiyyətinin təmin olunması məqsədilə vəzifəsi daha aşağı olan komanda üzvləri tərəfindən görülən işləri nəzərdən keçirmək və təsdiq etmək;
  • Bizneslə bağlı trendləri, Audit standartları və metodologiyası ilə bağlı yeniliklərdən daim xəbərdar olmaq;
  • Audit layihələri, tapıntıları və tövsiyələrinin ətraflı şəkildə sənədləşməsini təmin etmək;
  • Audit sənədlərinin gələcək istinad edilə bilməsi üçün düzgün şəkildə arxivləşdirilməsini təmin etmək;
  • Audit layihələri zamanı əldə olunmuş həssas məlumatların məxfiliyini qorumaq və bu sahədə yüksək etik davranış nümayiş etdirmək;
  • Etik kodeksin prinsiplərinə və təşkilatın daxili siyasətlərinə riayət etmək.

Tələb Olunan Bilik və Bacarıqlar:

  • Ali təhsil (Maliyyə, audit sahəsində təhsil üstünlükdür);
  • Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl bilmək, ingilis və rus dilləri üstünlükdür;
  • Microsoft Office proqramlarını yaxşı bilmək.

Təklif edilir:

  • Tibbi sığorta;
  • Nahar təminatı;
  • Korporativ nömrə;
  • Push30 (endirim).

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily109
  • Weekly567
  • Monthly567