Daxili Satınalma üzrə Mütəxəssis

  • Истекает 2 декабрь 2026

Bu vəzifə, tabeli qurumlarımızdan birinə axtarılır.

Vəzifə Öhdəlikləri:

  • Şirkətin daxili satınalma ehtiyaclarını müəyyənləşdirmək və satınalma prosesini təşkil etmək;
  • Təchizatçıların araşdırılması, kommersiya təkliflərinin alınması və qiymət, keyfiyyət və çatdırılma şərtləri üzrə müqayisəli təhlilini aparmaq;
  • Təchizatçılarla qiymət, ödəniş, çatdırılma və digər kommersiya şərtləri üzrə danışıqlar aparmaq;
  • Satınalma sifarişləri, müqavilələr və digər sənədlərin hazırlanmasını və rəsmiləşdirilməsini təmin etmək;
  • Sifarişlərin icrasını, məhsul və xidmətlərin vaxtında və tələb olunan keyfiyyətdə təqdim edilməsini izləmək;
  • Təchizatçıların fəaliyyətini qiymətləndirmək və satınalma xərclərinin optimallaşdırılması üzrə təkliflər vermək;
  • Satınalma sənədlərini və məlumat bazasını idarə etmək, hesabatlar hazırlamaq və aidiyyəti struktur bölmələrlə əməkdaşlıq etmək;
  • Satınalma proseslərinin daxili siyasət və prosedurlara uyğun həyata keçirilməsini təmin etmək və rəhbərliyin tapşırıqlarını icra etmək.

Tələb Olunan Bilik və Bacarıqlar:

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Logistika, Təchizat zəncirinin idarə edilməsi və ya əlaqəli sahə üzrə);
  • Satınalma, Təchizat, Logistika və ya əlaqəli sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Microsoft Office (Word,Excel, Powerpoint) xüsusilə Excel proqramında yaxşı səviyyədə işləmək;
  • ERP və satınalma sistemlərində işləmək bacarığı;
  • 1C proqramında işləmək bacarığı;
  • Müqavilə və satınalma sənədləri ilə işləmək bacarığı;
  • Azərbaycan dilini səlis bilmək, İngilis və/və ya Rus dilini bilmək üstünlükdür.

Təklif Edilir:

  • Şirkət tərəfindən nahar təminatı; 
  • Korporativ nömrə.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily116
  • Weekly116
  • Monthly117