Vəzifə Öhdəlikləri:
- Antivirus İdarəetməsi: Korporativ antivirus və EDR/XDR sistemlərinin mərkəzi idarəedilməsi, yenilənməsi və insidentlərə qarşı cavab tədbirlərinin görülməsi;
- Siyasət (Policy) İdarəetməsi: Şirkətdaxili İT təhlükəsizlik qaydalarının (DLP, Firewall, Giriş icazələri) hazırlanması, tətbiqi və mütəmadi olaraq optimallaşdırılması;
- SIEM və Loq Menecment: SIEM sisteminin qurulması, konfiqurasiya edilməsi və kritik sistemlərdən gələn loqların (Event Logs) mütəmadi təhlili;
- Təhlükə Analizi: Şəbəkə və sistemlərdəki boşluqların (vulnerability) müəyyən edilməsi və risk analizlərinin aparılması;
- Phishing Simulyasiyaları: Əməkdaşların kibertəhlükəsizlik maarifləndirilməsi üçün saxta kiberhücum (phishing) testlərinin təşkili və nəticələrin hesabatlanması;
- İnsidentlərin İdarə Edilməsi: Baş vermiş təhlükəsizlik insidentlərinin araşdırılması (investigation) və təkrarlanmaması üçün preventiv tədbirlərin görülməsi;
- Giriş Kontrolu: İstifadəçi icazələrinin "Minimum imtiyaz" (Least Privilege) prinsipinə uyğunluğuna nəzarət.
Tələb Olunan Bilik və Bacarıqlar:
- Ali təhsil (İnformasiya texnologiyaları texnologiyaları sahəsi üzrə təhsil üstünlükdür);
- SIEM/Log Management: (Məsələn: Splunk, ELK, QRADAR və ya açıq qaynaqlı həllər) üzrə iş təcrübəsi;
- Endpoint Security: Kaspersky, Symantec, Trend Micro kimi antivirus sistemlərinin administratorluğu;
- Şəbəkə Təhlükəsizliyi: TCP/IP, VPN, Firewall (Fortinet, Cisco ASA və s.) və IDS/IPS sistemləri barədə dərin biliklər;
- OS Bilikləri: Windows Server və Linux əməliyyat sistemlərinin təhlükəsizlik sazlamaları;
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
Təklif Edilir:
- Şirkət tərəfindən təmin olunan nahar,
- Tibbi sığorta,
- Şəhərin mərkəzində yerləşən ofis,
- Korporativ iş nömrəsi,
- Dinamik və inkişafyönümlü iş mühiti.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.