Maliyyə Meneceri

  • Deadline 11 October 2026

AzTelco Group-un tabeliyində fəaliyyət göstərən qurumlardan birində vakansiya açıqdır.

Vəzifə Öhdəlikləri:

  • Müəssisənin illik və aylıq büdcələrinin hazırlanması və icrasına nəzarət etmək;
  • Maliyyə hesabatlarının (aylıq, rüblük, illik) hazırlanmasında iştirak etmək;
  • Gəlir və xərclərin təhlilini aparmaq, kənarlaşmalar üzrə rəhbərliyə məlumat vermək;
  • Pul vəsaitlərinin hərəkətinə nəzarət etmək və proqnozlar hazırlamaq;
  • Xərclərin optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq;
  • Audit və yoxlamalar zamanı tələb olunan maliyyə məlumatlarını təqdim etmək;
  • Vergi və digər dövlət ödənişləri üzrə mühasibatlıqla koordinasiyalı işləmək;
  • Maliyyə risklərini müəyyən etmək və onların azaldılması üçün tədbirlər təklif etmək;
  • Güclü analitik düşüncə, maliyyə məlumatlarını təhlil etmək və əsaslandırılmış qərarlar qəbul etmək bacarığı;
  • Komanda idarəetməsi və müxtəlif struktur bölmələri ilə effektiv əməkdaşlıq bacarığı;
  • Yüksək məsuliyyətlilik, diqqətlilik və məxfi maliyyə məlumatları ilə işləmə bacarığı;
  • Rəhbərliyin tapşırıqlarını vaxtında və keyfiyyətlə icra etmək.

Tələb Olunan Bilik və Bacarıqlar:

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
  • Maliyyə menecmenti, maliyyə planlaşdırılması, idarəetmə, mühasibatlıq və ya audit sahəsində minimum 3–5 il iş təcrübəsi;
  • Azərbaycan dili – sərbəst, İngilis dili – yaxşı səviyyədə bilməsi;
  • MS Office proqramları, xüsusilə Excel (Pivot Table, maliyyə formulları, məlumatların təhlili və hesabatların hazırlanması) üzrə yüksək səviyyədə istifadə bacarığı;
  • 1C, SAP, Oracle və digər ERP sistemləri ilə işləmək bacarığı;
  • ACCA, CFA və ya CIMA kimi beynəlxalq maliyyə/mühasibatlıq üzrə peşəkar sertifikatların olması üstünlükdür.

Təklif Edilir:

  • Tibbi Sığorta;
  • Korporativ nömrə;
  • Nahar təminatı;
  • Dinamik mühitdə işləmək və inkişaf şansı;
  • Rahat və müasir ofis.

Ünvan: Bakı, Rəşid Behbudov küç. 59, AF City Biznes Mərkəzi.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly621
  • Monthly1097