A AzTelco Group MMC
  • 875

AzTelco Group MMC

Telecommunication services

Mühasib

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mühasib

  • Истекает 30 май 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tabeli qurumlarımızdan biri üçün "Mühasib" axtarışındayıq!

Əgər mühasibat uçotu sahəsində güclü biliklərə, analitik düşüncə qabiliyyətinə və maliyyə hesabatlarının hazırlanmasında təcrübəyə sahibsinizsə, bu fürsəti qaçırmayın!

Vəzifə Öhdəlikləri:

  • Maliyyə və mühasibat əməliyyatlarının və uçotunun aparılması;
  • Vergi, DSMF, Statistika və digər hesabatların hazırlanması;
  • Bank əməliyyatlarının icrası və uçotunun aparılması;
  • Mühasibat sənədlərinin düzgün və vaxtında tərtib olunması;
  • Maliyyə hesabatlarının (BS, PL və s.) hazırlanması;
  • Əməkhaqqı, ezamiyyə və digər ödənişlərin hesablanması və uçotu;
  • Audit yoxlamalarına dəstək verilməsi və tələb olunan məlumatların təqdim edilməsi;
  • Rəhbərliyə dövri maliyyə məlumatlarının təqdim edilməsi.

Tələb Olunan Bilik və Bacarıqlar:

  • Mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya digər əlaqəli sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə 2-3 il iş təcrübəsi;
  • 1C Mühasibat proqramında iş təcrübəsi;
  • Excel və digər ofis proqramlarında sərbəst işləmə bacarığı;
  • Vergi və əmək qanunvericiliyi üzrə biliklər;
  • Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyət;
  • Məxfi məlumatlarla işləmə bacarığı və etik qaydalara riayət etmək;
  • Təhlil aparmaq və hesabat hazırlamaq bacarığı;
  • PMS və ya ACCA sertifikatlarının mövcudluğu üstünlükdür.

Təklif edilir:

  • Dinamik mühitdə işləmək və inkişaf şansı
  • Rahat və müasir iş mühiti
  • Ödənişsiz nahar, korporativ nömrə təminatı

 

Ünvan: Bakı, Heydər Əliyev Pros. 152, Çinar Plaza (Ünvan quruma görə dəyişə bilər.)

Müraciət qaydası:

  • Maraqlanan namizədlər CV-lərini “Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
  • Daily149
  • Weekly499
  • Monthly1252