B2B Satışlar üzrə Rəhbər

  • Deadline 22 Avqust 2025

Gələcəyin rabitəsini birlikdə qururuq!

Biz sadəcə rabitə qurmaqla kifayətlənmirik – biz insanları, ideyaları və fürsətləri birləşdiririk.

"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!

Səni hansı missiya gözləyir?

  • Hüquqi şəxslərə yönəlmiş satış strategiyasını qurmaq və həyata keçirmək;
  • B2B satış kanallarını idarə etmək, yeni kanallar yaratmaq və mövcudları inkişaf etdirmək;
  • Komandanı idarə etmək, hədəfləri müəyyənləşdirmək və nəticəyə fokuslanmaq;
  • Bazar təhlili aparmaq, yeni müştəri və əraziləri müəyyənləşdirmək;
  • Müştəri yönümlü satış yanaşması ilə uzunmüddətli tərəfdaşlıqlar qurmaq;
  • Regional satış strukturlarını əlaqələndirmək və effektiv fəaliyyətə nəzarət etmək;
  • Satış performansını izləmək və analitik hesabatlarla təkmilləşdirmə sahələrini müəyyənləşdirmək;
  • Məhsul və xidmətlərin təbliği, təqdimatı və tətbiqi prosesinə rəhbərlik etmək.

Səndə bunlar varsa, müraciət etməyə dəyər:

  • Ali təhsil və B2B satış sahəsində minimum 5 il təcrübə;
  • Satış komandalarına rəhbərlikdə minimum 3 il real təcrübə;
  • Telekommunikasiya və rəqəmsal xidmətlərə dair bilik və maraq;
  • Azərbaycan, rus və ingilis dillərində sərbəst ünsiyyət bacarığı;
  • Analitik düşüncə, liderlik və strateji qərarvermə bacarığı;
  • MS Office və satış analitikası alətləri üzrə səriştə;
  • Təşəbbüskar, nəticəyönümlü və yeniliklərə açıq yanaşma.

Biz nə təklif edirik?

  • Satış strategiyasının formalaşdırılmasında və tətbiqində real təsir imkanı;
  • Rəqəmsallaşma və innovasiya yönümlü peşəkar mühit;
  • Güclü komanda, dəstəkverici liderlik və korporativ mədəniyyət;
  • Rəqabətli əməkhaqqı və motivasiyaedici bonus sistemi.

Sənin təcrübən bizim gələcəyimizə dəyər qata bilər!

Əgər sən də ideya, fürsət və insanları birləşdirən bu böyük missiyanın parçası olmaq istəyirsənsə — müraciət et və fərq yarat!

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly117
  • Monthly2408