Aztelekom Aztelekom
  • 1.1K

Daxili kommunikasiya üzrə mütəxəssis

  • Deadline 18 Noyabr 2024

Təsvir

  • Daxili kommunikasiya planını hazırlamaq və həyata keçirilməsini təmin etmək.
  • Əməkdaşların aktivliyini və şirkətə bağlılığını artırmaq üçün fəaliyyət planı hazırlamaq və həyata keçirmək.
  • Daxili kommunikasiya alətlərindən istifadə edərək, əməkdaşlar arasında ünsiyyəti təmin etmək, əməkdaşların iş keyfiyyətinin artırılması üçün təşəbbüslər həyata keçirmək.
  • Daxili auditoriyanı ilhamlandırmaq və cəlb etmək üçün bütün kanallar üçün yaradıcı və cəlbedici məzmun hazırlamaq.
  • Daxili kommunikasiya və əməkdaşlarla iş üçün müvafiq şöbələrlə iş axışını idarə etmək.
  • Müvafiq, cəlbedici məzmunla şirkət daxilində rəhbərlik və əməkdaşlar arasında effektiv ünsiyyəti təmin etmək.
  • Daha geniş daxili və xarici kommunikasiya planının/fəaliyyətlərinin hazırlanması və həyata keçirilməsinə iştirak etmək.
  • Əməkdaşları məlumatlandıran, fəaliyyətinə ilham verən və biznes məqsədlərinə çatmaq üçün kommunikasiya strategiyasının hazırlanmasına töhvə vermək.
  • İnsanlarımızı daxili kanallarımızdakı təşəbbüslər və səylər haqqında maarifləndirmək və məlumatlandırmaq üçün kommunikasiya layihələrinin hazırlanmaq.
  •  Əməkdaşlarla kommunikasiyanın ardıcıllığını təmin etmək.
  •  Nəticələrin və taktikaların effektivliyini nümayiş etdirən təhlillərin aparılması, tendensiyaları və təkmilləşdirmə imkanlarını müəyyən etmək.

Tələblər

  • Ali Təhsilli.
  • Daxili kommunikasiyalar ilə bağlı strategiya və planların hazırlanması və həyata keçiriliməsi ilə bağlı təcrübəyə sahib olmalı.
  • Daxili Kommunikasiya üzrə minimum 1 il təcrübəsi olmalıdır.
  • Daxili kommunikasiya trendləri ilə bağlı məlumatlı olmalı.
  • Intranet, SharePoint və/və ya digər daxili kommunikasiya platformalarında təcrübəyə sahib olmalı.
  • Mürəkkəb layihələrin idarə edilməsi sahəsində təcrübəyə sahib olması arzuolunandır.
  • Sahasinə aid olan sənədlərin tərtib etmə bacarıqlarına yüksək səviyyədə malik olmalıdır.
  • Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə malik olmalıdır.

Bacarıqlar:

  • İşgüzar yazışma əsaslarını bilməli.
  • MS Office (Excel, Power point,Outlook) programlarını mükəmməl bilməlidir.
  • Analiz etmə qabiliyyətinə malik olmalı.
  • Problemlərin həlletmə bacarığına malik olmalıdır.
  • Azərbaycan mükəmməl yazılı və İngilis dilində şifahi ünsiyyət bacarıqlarına sahib olmalı.

Vakansiya haqqında

Son tarix Noyabr 17, 2024

Paylaşılıb Oktyabr 18, 2024

Vakansiya növü Tam ştat

  • Daily43
  • Weekly163
  • Monthly329