Əmək Münasibətləri və Daxili Araşdırmalar üzrə Baş Mütəxəssis

  • Истекает 20 март 2026

"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!

Səni hansı missiya gözləyir?

  • Əməkdaşlardan və əməkdaşlarla bağlı bütün şikayət, müraciət və məlumatların qəbul edilməsi və qeydiyyata alınması.
  • Müraciətlərin mövzularına uyğun olaraq qruplaşdırılması, ilkin qiymətləndirilməsi və müvafiq şöbələrə yönləndirilməsi.
  • Hər bir müraciət üzrə obyektiv, qərəzsiz və hərtərəfli araşdırmaların aparılması.
  • Araşdırma zamanı müvafiq sənədlərin toplanması, tərəflərdən (şikayətçi, cavabdeh, şahid) yazılı və şifahi məlumatların alınması və izahatların sənədləşdirilməsi.
  • Toplanmış məlumatların şirkətin daxili siyasətləri və Əmək Qanunvericiliyinə uyğun təhlil edilməsi.
  • Müraciətin tələblərinə əsasən digər şöbələrlə sıx əməkdaşlıq edilməsi.
  • Araşdırmanın yekun nəticələri üzrə əsaslandırılmış rəy və hesabatların hazırlanması.
  • Təklif olunan qərarların (intizam tədbirləri, prosedur dəyişiklikləri) icrasının izlənməsi.
  • Şikayətlərin təhlili və iş mühitinin yaxşılaşdırılması üçün tövsiyələrin verilməsi.
  • Bütün araşdırma prosesinin biznes etikası və məlumatların gizliliyinə tam riayət etməklə sənədləşdirilməsi, qeydiyyatı və arxivləşdirilməsi.

Tələblər

Səndən gözlədiklərimiz:

  • Hüquq, İnsan Resursları və ya müvafiq sahədə ali təhsil.
  • İR, Daxili Audit və ya oxşar sahələrdə, xüsusilə şikayətlərin araşdırılması üzrə iş təcrübəsi.
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə güclü biliklər.
  • Biznes etikası və davranış qaydaları barədə ətraflı məlumat.
  • Yüksək araşdırma, analitik təhlil və müsahibə/dinləmə bacarığı.
  • Konfidensial məlumatlarla işləməkdə yüksək məsuliyyət və etik prinsiplərə sadiqlik.
  • Münaqişəli və gərgin vəziyyətlərdə obyektivliyi qoruma bacarığı.
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarığı.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly134
  • Monthly2024