Təsvir
- Şirkətdaxili tənzimləyici sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) hazırlanması və digər şirkətdaxili sənədlərin cari komplayens qaydalarının tələblərinə uyğunlaşdırılması prosesində iştirak.
- Qanunvericilikdə baş vermiş dəyişiklikləri izləmək və həmin dəyişikliklərin biznes proseslərinə təsiri ilə bağlı tədbirlərin görülməsi barədə təkliflər vermək.
- Şirkət daxilində “Maraqlar toqquşması” hallarına nəzarət etmək və qeydiyyatını aparmaq.
- Komplayens risklərinin müəyyənləşdirilməsi məqsədilə biznes proseslərinin təhlili.
- Şirkətin etik davranış qaydalarının hazırlanmasında iştirak etmək, zərurət yarandıqda qaydalarda dəyişikliklər edilməsini təklif etmək.
- Etik davranış qaydalarının tətbiqinə nəzarət etmək.
- Komplayenslə əlaqədar şikayətləri araşdırmaq və hesabatlılığını həyata keçirmək.
- Şirkətin biznes proseslərinin qanunvericiliyə və daxili qaydalara uyğunluğu barədə birbaşa rəhbərinə hesabatlar təqdim etmək.
- Komplayens sahəsində daxili normativ sənədlərin aktual saxlanılması prosesini və tətbiqinə nəzarəti təmin etmək.
- Birbaşa rəhbər tərəfindən həvalə edilmiş komplayens üzrə digər tapşırıqları yerinə yetirmək.
Tələblər
- Ali təhsil (hüquq təhsilinə üstünlük verilir).
- Komplayens üzrə sertifikatlara malik olmaq üstünlükdür.
- Təlim keçmək təcrübəsinə malik olan namizədlərə üstünlük verilir.
- Müvafiq sahə üzrə iş təcrübəsi; (mütəxəssis vəzifəsi üçün ən azı 1 il).
- Microsoft Office proqramları ilə peşəkar işləmə bacarığı.
- Ölkədaxili ezamiyyətlərə hazır olmaq;
- Sürücülük hüququ (B kateqoriyası) olması üstünlükdür.
- Operativ və düzgün qərar vermə qabiliyyəti.
- Təşkilati bacarıqlar (korporativ yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.).
- Konfidensial və həssas məlumatlarla işləmək bacarığı.
- Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları.
- Dil bilikləri: Azərbaycan dili sərbəst; ingilis dili əla; rus dili (arzuolunan).