Təsvir
- Layihələrin başlanğıc mərhələsindən yekunlaşmasına qədər idarə olunması;
- Layihə məqsəd və tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və icrasının təmin olunması;
- Layihə komandası və maraqlı tərəflərlə effektiv əməkdaşlıq və kommunikasiya qurulması;
- Resursların düzgün idarə edilməsi, optimallaşdırılması və iş bölgüsünün təşkili;
- Layihə risklərinin müəyyənləşdirilməsi, izlənməsi və idarə olunması;
- Biznes tələblərinin toplanması, prioritetləşdirilməsi və sənədləşdirilməsi;
- Mövcud biznes proseslərinin təhlili, optimallaşdırılması və inkişaf etdirilməsi;
- Yeni sistem və proses dəyişikliklərinin tətbiqi və idarə olunması;
- Layihə məlumatlarının toplanması, təhlili və analitik hesabatların hazırlanması;
- Müqavilələrin, satınalma sifarişlərinin idarə olunması və hesabatlılığın aparılması;
- İstifadəçilərə təlimlərin keçirilməsi, texniki dəstəyin göstərilməsi və yeni sistemlərə adaptasiya prosesinə dəstək olunması.
Tələblər
- Layihə menecmenti, biznes idarəçiliyi, mühəndislik və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
- Layihə meneceri və ya biznes analitik kimi minimum 1-2 il iş təcrübəsi;
- Layihə menecmenti metodologiyaları (Agile, Waterfall və s.) haqqında biliklər;
- Güclü təşkilati və idarəetmə bacarıqları;
- Problem həll etmə və analitik düşüncə qabiliyyəti;
- Liderlik və komanda ilə əməkdaşlıq bacarığı;
- Effektiv kommunikasiya və hesabatvermə bacarığı;
- Vaxt idarəetməsi və prioritetləşdirmə bacarığı;
- Məlumat təhlili, hesabat hazırlama və vizuallaşdırma bacarıqları;
- Detallara diqqət və nəticə yönümlü yanaşma.
Üstünlük verilir:
- PMP, PRINCE2, Agile/Scrum və digər layihə idarəetmə sertifikatlarına sahib olmaq;
- İT layihələrində və biznes proseslərinin avtomatlaşdırılmasında təcrübə;
- SQL, Excel, Power BI və digər analitik alətlərlə işləmə bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.