Aztelekom Aztelekom
  • 956

Sənədlərə nəzarət və arxiv şöbəsinin müdiri

Sənədlərə nəzarət və arxiv şöbəsinin müdiri

  • Deadline 7 August 2025

Təsvir

  • Daxil olan təşkilat sənədlərinin (dövlət, provayder, müəssisə və şirkət), vətəndaş müraciətlərinin qəbul edilərək skan edilib AzDoc elektron sənəd sisteminə daxil edilməsinə nəzarət.
  • Şöbənin fəaliyyətini təşkil etmək və idarə etmək.
  • Tabeliyində olan əməkdaşların arasında iş bölgüsünün aparılması, fəaliyyətinin əlaqələndirilməsi.
  • Şöbədə işgüzar mühitin yaxşılaşdırılmasını təmin etmək.
  • Arxiv sənədlərinin komplektləşdirilməsi, sistemləşdirilməsi və qorunması üzrə tədbirlər görülməsi.
  • Əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək.
  • Şöbədə kargüzarlıq işlərinin aparılması və məxfilik rejimini təmin etmək.
  • Sənəd sistemə daxil olunduqdan sonra dərkənar layihəsinin hazırlanması və təsdiqi.
  • İcraya yönləndirilən sənədin deadline-lərinə uyğun nəzarət edilməsi.
  • İcra olunmuş sənədin cavablandırılması zamanı yoxlanışdan keçirilməsi və imzalandıqdan sonra sənədlərin kağız daşıyıcıda imzalanması.
  • Xaric olan sənədlərin vizasının verilməsi.
  • Müəssisənin təşkilati Əmrlərinin aidiyyəti üzrə göndərilməsi.
  • Arxiv sənədlərinin aktlarının tərtib olunması.
  • AzDoc-da admin funksiyasının icrası (istifadəçi adı açmaq və bağlamaq, səlahiyyətlərin verilməsi və geri alınması, profilin köçürülməsi, sənədlər üzərində əməliyyatlar və s.).
  • Müəssisənin blankının (firma blankı) sifariş edilməsi və istifadəsinə nəzarət, il sonu istifadəyə yararsız hala düşmüş blankların hesabatının tərtib olunması.
  • Rəhbərliyə təqdim olunan qovluğun (imza üçün sənədlər) yoxlanması.
  • Şöbədə istifadə olunan ofis və dəftərxana ləvazimatlarının sifarişi.
  • Tələbə uyğun olaraq sistemdə və ya arxivdə sənədlərin axtarılması və müvafiq əməkdaşlara təqdim olunması.

Tələblər

  • Ali təhsili olmalı (hüquqi və ya iqtisadi sahədə ali təhsilin olması arzuolunandır).
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
  • Müvafiq sahə üzrə normativ hüquqi aktları bilməsi (“Vətəndaş müraciətləri haqqında qanun, İnformasiya əldə etmək haqqında qanun, Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat və s.).
  • Azərbaycan dilini sərbəst bilməli, ingilis və rus dillərini bilməsi arzuolunandır.
  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli.
  • Rəsmi-işgüzar üslubda yazışma qabiliyyətinin olması.

Vakansiya haqqında

  • Vakansiya növü Tam ştat

Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.

  • Daily0
  • Weekly251
  • Monthly802