Təsvir
- IMS və vIMS platformalarında gündəlik monitorinqin aparılması, sistemin dayanıqlılığının təmin edilməsi və performans göstəricilərinin təhlili
- Şəbəkə avadanlıqları və xidmətlərində yaranan nasazlıqların operativ diaqnostikası və aradan qaldırılması
- Sistem yenilənmələrinin (upgrade) planlaşdırılması, koordinasiyası və icrasının həyata keçirilməsi
- Yeni xidmət və funksionallıqların mövcud infrastruktura inteqrasiyası, test və qəbul proseslərinin icrası
- Texniki sənədlərin hazırlanması, sistem dəyişikliklərinin və görülmüş işlərin qeydiyyatının aparılması
- İnfrastrukturun inkişafı, optimallaşdırılması və gələcək biznes tələblərinə uyğun təkmilləşdirilməsi
- Aidiyyəti daxili komandalar və vendorlarla koordinasiyalı işin təşkili.
Tələblər
- Kommutasiya şəbəkə avadanlıqları və protokolları ilə iş təcrübəsi
- Kommutasiya şəbəkə texnologiyaları üzrə nəzəri və praktiki biliklər
- Şəbəkə avadanlıqlarının konfiqurasiyası, idarə olunması və texniki dəstək bacarıqları
- Güclü analitik düşüncə və problem həll etmə qabiliyyəti
- İT üzrə texniki sənədlərin və hesabatların hazırlanması bacarığı
- Komanda ilə effektiv əməkdaşlıq və kommunikasiya bacarıqları
- İngilis dili bilikləri (texniki sənədlərlə işləmək səviyyəsində).
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.