B and B Security Alliance Limited B and B Security Alliance Limited
  • 271

B and B Security Alliance Limited

Other

GRC və Audit üzrə baş mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

GRC və Audit üzrə baş mütəxəssis

  • Deadline 16 January 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Key Goal

  • Təşkilat üzrə Governance, Risk və Uyğunluq (GRC) strategiyasının formalaşdırılması və idarə edilməsi, ISMS-in yetkinlik səviyyəsinin yüksəldilməsi, risklərin təşkilatın risk iştahı çərçivəsində idarə olunmasının təmin edilməsi, daxili və xarici auditlərin strateji səviyyədə yönləndirilməsi, habelə tənzimləyici və standart tələblərə tam və davamlı uyğunluğun təmin edilməsi.

Responsibilities (Managerial & Operational)

  • Təşkilat üzrə GRC strategiyasının hazırlanması, təsdiqi və icrasına nəzarət
  • Risklərin idarə edilməsi çərçivəsinin formalaşdırılması
  • Risk appetite, risk tolerance və risk acceptance prinsiplərinin müəyyən edilməsi
  • Daxili audit strategiyasının və çoxillik audit planlarının təsdiqi
  • Audit nəticələrinin təşkilatın strateji qərarlarına inteqrasiyasının təmin edilməsi
  • ISMS-in effektivliyinə və davamlı inkişafına strateji nəzarət
  • ISO/IEC 27001:2022 üzrə uyğunluğun qorunmasına bir başa cavabdehlik
  • Regulatorlar, xarici auditorlar və sertifikasiya qurumları ilə yüksək səviyyəli ünsiyyət
  • Audit Komitəsi və İdarə Heyətinə risk və uyğunluq üzrə hesabatların təqdim edilməsi
  • Əhəmiyyətli risklər, uyğunsuzluqlar və insidentlər üzrə qərarların verilməsi
  • Korrektiv və preventiv tədbirlərin strateji səviyyədə təsdiqi və monitorinqi
  • GRC proseslərinin standartlaşdırılması və təşkilat üzrə inteqrasiyası
  • GRC komandasının strukturunun formalaşdırılması və inkişafı
  • Aparıcı mütəxəssislər vasitəsilə komanda üzvlərinin fəaliyyətinə nəzarət
  • GRC üzrə KPI, KRI və RHI mexanizmlərinin müəyyən edilməsi və izlənməsi

Competencies (Soft Skills)

  • Güclü analitik və risk əsaslı düşünmə bacarığı
  • Strukturlaşdırılmış hesabat yazma və sənədləşdirmə bacarığı
  • Müstəqil qərar vermə və məsuliyyət götürmə qabiliyyəti
  • Audit zamanı müsahibə aparma və sübut qiymətləndirmə bacarığı
  • Effektiv ünsiyyət və maraqlı tərəflərlə işləmə bacarığı
  • Peşəkar etika və məxfilik prinsiplərinə ciddi yanaşma
  • General requirements /Employees should know
  • Azərbaycan Respublikasının mövcud əmək qanunvericiliyi.
  • Şirkətin idarəetmə sistemi ilə bağlı metodoloji və normativ materiallar.
  • Biznes risklərinin qiymətləndirilməsi sənədləri üçün tələblər.
  • Şirkətdaxili prosedurlar, İnformasiya Təhlükəsizliyi Auditoru və Məsləhətçisi ilə bağlı təlimatlar.
  • B and B Security Alliance Limited MMC-nin baş direktorunun əmr və göstərişləri.

Bu vəzifə təsvirinin tələbləri.

  • Əməyin mühafizəsi qaydaları və normaları.
  • Yanğın təhlükəsizliyi qaydaları.
  • Daxili əmək qaydaları.
  • ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemləri üzrə Beynəlxalq Standart biliyi üstünlük təşkil edir.
  • ISO 27001:2022 İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Beynəlxalq Standart biliyi üstünlük təşkil edir.

Personnel specifications

  • Təhsil İnformasiya təhlükəsizliyi, İT, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə bakalavr

Aşağdakı sertifkatının olması üstünlükdür:

  • ISO/IEC 27001 Lead Auditor 
  • ISO/IEC 27001 Lead Implementer
  • CISA
  • CRISC
  • CISM
  • ISO 9001 Lead Auditor

Təcrübə

  • GRC, audit və ya informasiya təhlükəsizliyi sahəsində 5–7 il iş təcrübəsi
  • ISO/IEC 27001 əsaslı auditlərdə aparıcı roulda iştirak

Bilik və bacarıqlar

  • ISO/IEC 27001 Lead Auditor & Lead Implementer – ekspert səviyyəsində
  • Daxili audit strategiyası və audit idarəetməsi
  • NIST, COBIT, ISO 22301, PCI DSS çərçivələrinin inteqrasiyası
  • Risk göstəriciləri (KRI), risk heat map, risk appetite statement
  • Incident governance və post-incident review mexanizmləri

Dil bilikləri

  • Azərbaycan dili – səlis
  • İngilis dili – minimum Intermediate (audit hesabatları və standartlarla işləmək üçün)

Employee Rights and Liabilities

Hüquqlar:

  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsində rəhbərlikdən kömək istəmək hüququna malikdir.
  • Əmək Məcəlləsində və əlaqəli qanunvericilikdə göstərilən hüquqlar.

Məsuliyyətlər:

  • Rəsmi vəzifələrə riayət olunmasına görə məsuliyyət daşıyır.
  • Bu vəzifə təlimatında təsvir edilən vəzifələrin pozulması Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur.
  • İş fəaliyyətini həyata keçirərkən qanun və qaydaların tələblərinin pozulması Azərbaycan Respublikasının inzibati, cinayət və mülki qanunvericiliyində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur.
  • Şirkətin etibar edilmiş avadanlıqlarının saxlanılmasına, təhlükəsizliyinə və düzgün istismarına cavabdehdir və şirkətin digər əmlakına dəyən ziyanın qarşısını almaq üçün bütün zəruri tədbirləri görməyə cavabdehdir.
  • Əmək müqavilələrinin və/və ya işə tətbiq olunan qanunların pozulması nəticəsində yaranan maliyyə itkiləri Azərbaycan Respublikasının əmək, cinayət və mülki qanunvericiliyində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur.
  • B and B Security Alliance Limited MMC-nin maraqlarının qorunmasına görə məsuliyyət daşıyır.
  • İşçi imzalanmış sənədlərə görə şəxsən və qeyd-şərtsiz məsuliyyət daşıyır..

Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily53
  • Weekly136
  • Monthly1816