İş yeri: Kəlbəcər rayonu
İş barədə məlumat
- Tikinti sahəsində fiber optik kabellərin, Cat6 və Cat6A kabellərin çəkilməsinə nəzarət etmək;
- CCTV kameraların, DVR və NVR avadanlıqlarının işlək vəziyyətinə nəzarət etmək;
- Switch, router, patch-panel və digər şəbəkə avadanlıqlarının texniki vəziyyətini yoxlamaq;
- Nəzarətində olan zəif axın sistemlərinin texniki vəziyyətinə nəzarət etmək;
- Tabeliyində olan texniklərin gündəlik iş fəaliyyətini təşkil etmək;
- Texniki heyət arasında iş bölgüsü aparmaq;
- Görülən işlərin keyfiyyətinə və müəyyən edilmiş müddətlərdə tamamlanmasına nəzarət etmək;
Namizədə tələblər
- Müvafiq sahədə minimum 2-3 il iş təcrübəsi tələb olunur;
- Kişi namizəd;
- Orta təhsil;
- Zəif axın sistemlərinin iş prinsiplərini bilməli;
- LAN şəbəkələrinin və strukturlaşdırılmış kabel sistemlərinin quruluşunu bilməli;
- Texniki sxem və layihələrini oxumalı;
- Kabel test cihazı, multimetr və digər ölçü cihazlarından istifadə qaydalarını bilməli;
- Fiziki cəhətdən sağlam;
- Təhlükəsizlik qaydalarına ciddi riayət olunması
İş şəraiti:
- Həftədə 6 gün iş, 1 gün istirahət.
- Əmək haqqı: 1100 AZN (Namizədin bilik və təcrübəsinə əsasən müsahibə nəticəsində müəyyən ediləcək)
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu yerinə “Texniki icraçı” yazaraq göndərə və ya Whatsapp nömrəsinə +994 55 213 78 41 yaza bilər.