İş barədə məlumat
- Elektron qaimələrin yazılması, təhvil - təslim aktları hazırlanılması;
- New-e-taxes, E-gov.az və digər portallardan istifadə etmə bacarığı;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması
- Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödənişləri reallaşdırmaq;
- Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq
- Vergi, hesabatllarının (ƏDV, ÖMV, SV, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi
- Əmək haqqı, məzuniyyətlərin hesablanması
- Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: Bazar ertəsi – Cümə - 09:00-dan 18:00-dək;
- İstirahət: Şənbə və Bazar günləri;
- Əmək haqqı: Razılaşma yolu ilə
Tələblər
- Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- Müvafiq sahədə minimum 2 (iki) il iş təcrübəsi;
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
- Office proqramlarında, əsasən EXCEL və WORD proqramlarında yaxşı səviyyədə işləmə bacarığı olmalıdır;
- 1C 8.3 mühasibat proqramında işləməyi bacarmalıdır;
- Dil bilikləri - Azərbaycan dili və Rus dili biliyi vacibdir,İngilis dili arzu olunandır.
Elanı diqqətlə oxuyub CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.