Bafco İnvest Bafco İnvest
  • 618

İnsan Resurslarının idarəedilməsi üzrə rəhbər

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İnsan Resurslarının idarəedilməsi üzrə rəhbər

  • Deadline 19 Yanvar 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • İnsan Resursları Strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsini həyata keçirmək.
  • Qanunvericiliyə əsasən müəssisənin kadr siyasətini həyata keçirmək.
  • İşəqəbul sisteminin qurulmasını planlaşdırmaq və təşkil etmək: Müəssisə üzrə bütün işə qəbul prosessini həyata keçirmək.
  • Tədris,inkişaf və ardıcıl planlaşdırma imkanlarından istifadə etməklə müəssisəyə lazımi kadrların seçilməsini təmin etmək.
  • İşçi qüvvəsinin fəaliyyətini planlaşdırmaq və idarə etmək:
  • İşçi heyətinin idarə olunması ilə əlaqədar strateji və əməliyyat üzrə biznes məsləhətləri vermək.
  • Müvafiq departamentlərlə birlikdə ədalətli və stimullaşdırıcı sistemlərin işlənib hazırlanması və tətbiq edilməsində iştirak etmək.
  • Müəssisə üzrə bütün əməkdaşların vəzifə təlimatlarının işlənib hazırlanmasına təmin  etmək.
  • Daxili nizam intizam qaydalarının və əmək qanunvericiliyinin pozulmalari zamani rəsmi xəbərdarliqlarin və töhmətlərin verilməsi. İşçilərin intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlanması.
  • Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
  • İşçilərin davamiyyət uçotunun aparılaması;
  • Əmək haqqı və digər ödənişlərin (ezamiyyə xərcləri və.s) hesablanması;
  • İşçilər barədə hesabatların tərtib edilməsi, işçi axıcılığı və səbəblərinin müəyyənləşdirmək, axıcılığın aradan qaldırılması üçün tədbirlər hazırlamaq və həyata keçirmək;
  • İşçilər barədə məlumat bazasının yaradılması, yenilik və dəyişikliklərin daxil edilməsi;
  • Əməkdaşların şəxsi inkişafına şərait yaradan iş səmərəliliyinin sistematik qiymətləndirilməsi prosedurlarının tətbiq olunmasında işlər görmək.
  • Treninq tələbatlarının qiymətləndirilməsi və inkişaf etdirici tədris təşəbbüslərinin koordinasiya olunmasını təmin etmək.
  • İşçilərin fərdi inkişafını, təlimini və karyera yüksəlişini təmin etmək.
  • Performans dəyərləndirmə,qiymətləndirmə və attestasiya prosedurlarının təşkili və nəzarəti.
  • İşçilərin qiymətləndirmə sistemi KPİ üzrə qiymətləndirilmənin keçirilməsi və nəzarəti.
  • Yüksək göstəriciləri olan işçilərin müəssisədə qalmasını nizamlayan, müəssisənin məqsədlərinə nail olmasını dəstəkləyən və yüksək effektivliyi təmin edən müavinat və mükafatlar sistemini yaratmaq;
  • Müvafiq dərəcə və yüksəlmə strukturuna əsasən işçilərin mükafatlandırılması üçün müəssisə üzrə mükafatlandırma proqramlarının yaradılması və həyata keçirilməsi;
  • Maliyyə və qeyri-maliyyə meyarlar əsasında həvəsləndirici mükafatlandırma proqramlarının tərtib edilməsi və həyata keçirilməsi;
  • Oryentasiya, reoryentasiya, adaptasiya, mentoring prosedurlarını təşkil və nəzarət etmək.
  • Əmək məhsuldarlığını təhlil etmək.
  • İnsan Resurslarının idarəedilməsi departamenti büdcəsinin planlaşdırılması və nəzarət olunmasını təmin etmək.
  • İşçi qüvvəsi xərclərinin monitorinqi üçün müvafiq strategiyalar hazırlamaq.
  • Müəssisənin fəaliyyətini təhlil etmək üçün əmək məhsuldarlığı ilə bağlı müqayisəli göstəriciləri müəyyən etmək və nəzərdən keçirmək.
  • Əmək məhsuldarlığının yüksəldilməsi üçün müvafiq strategiyalar hazırlamaq və həyata keçirmək.
  • Müqaviləlrin qanunvericiliyə uyğun olub-olmadığını yoxlamaq.
  • Müəssisənin dəyərlərinə uyğun korporativ mədəniyyətin formalaşması üzrə layihələr və tədbirlərin həyata keçirilməsini təmin etmək.

Tələblər:

  • Ali Təhsil 
  • İnsan resursları sahəsində minimum 10 il iş təcrübəsi, o cümlədən bu sahədə rəhbər vəzifəsində minimum 5 il iş stajı;
  • Azərbaycan Respublikası əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
  • İnsan resurslarının funksiyaları, standartları və prosedurları haqqında yüksək biliyə malik olmalı;
  • Azərbaycan dilini əla səviyyədə bilməli, rus və ingilis dilini bilməsi arzuolunandır;
  • MS Office proqramlarını, və 1 C proqramını yaxşı səviyyədə bilməli;

İş qrafiki:

  • Həftənin 5 günü ,İş saatları 09:00 – 18:00
  • Nahar fasiləsi: 13:00-14:00
  • İstirahət günü: Şənbə, Bazar

Təminatlar:

  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən rəsmiləşdirilmə 
  • İş yeri-Bakı şəhəri
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcək.
  • Nömrə şirkət tərəfindən təmin edilir.

Uygun namizədlər CV-lərini mövzu yerinə “İnsan Resurslarının idarəedilməsi üzrə rəhbər” yazaraq elektron poçt ünvanına yönləndirsinlər.

  • Daily22
  • Weekly529
  • Monthly1666