Vəzifə öhdəlikləri:
- Nəqliyyat vasitəsinin təmizliyinə, texniki baxışına daim nəzarət edilməsi;
- İdarə etmək üçün ona verilmiş nəqliyyat vasitəsinin təyinatına uyğun və səliqəli istismar edilməsi;
- İdarə etmək üçün ona verilmiş nəqliyyat vasitəsindən öz şəxsi məqsədləri üçün istifadə edilməməsi;
- Verilmiş sənədlərin və digər əşyaların təyinatı üzrə çatdırılması və təhvil verilməsi;
- Prosedurlar üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi;
- Vəzifəsindən irəli gələn digər öhdəliklərin yerinə yetirilməsi;
- Müəssisədaxili intizam qaydalarına, prosedur və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
- Bu vəzifə təlimatı ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
- Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların verilməsi
Tələblər:
- Təhsil: Fərq etmir.
- Sürücülük vəsiqəsi: B kateqoriyalı
- Yaş həddi: 50 yaş və yuxarı
- Binə və Hövsan ərazisində yaşayan namizədlərə üstünlük verilir
İş şəraiti:
- Əmək haqqı: 900 azn (net)
- İş yeri: Luxen Plaza
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu hissəsində “Sürücü” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.