Xaricdə təhsil üzrə mütəxəssis

  • Истекает 20 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş yeri: Bakı, Azərbaycan  

İş rejimi: Tam iş günü

Vəzifənin məqsədi

  • Məktəblilərə, tələbələrə və böyüklərə xaricdə təhsil proqramı seçimində dəstək olacaq mütəxəssis axtarırıq. Proqramlara universitet təhsili, yay məktəbləri və dil kursları daxildir

Əsas vəzifə öhdəlikləri

  • Müştərilərə və valideynlərə xarici universitetlər, yay məktəbləri, dil kursları və qəbul şərtləri barədə məlumat vermək.
  • Müştərinin yaşına, dil səviyyəsinə, məqsədlərinə, büdcəsinə və istədiyi təhsil tarixlərinə uyğun proqramlar seçmək.
  • Sənədlərin hazırlanmasına və müraciətlərin göndərilməsinə kömək etmək, son müraciət tarixlərini izləmək.
  • Universitetlər, dil məktəbləri və yay proqramlarının təşkilatçıları ilə ingilis dilində yazışmaq.
  • İlk konsultasiyadan qəbul və ya iştirak təsdiqi alınanadək müştəriyə dəstək göstərmək.

Namizədə olan tələblər

  • Ali təhsil arzuolunandır.
  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı.
  • İşgüzar yazışma aparmaq üçün kifayət qədər ingilis dili biliyi.
  • Sənədlərlə diqqətli işləmək, son tarixlərə riayət etmək və qəbul şərtlərini aydın izah etmək bacarığı.
  • Xaricdə təhsil və ya müştərilərə məsləhət xidməti sahəsində təcrübə üstünlükdür.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu hissəsində “Xaricdə təhsil üzrə mütəxəssis” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvana göndərə bilərlər.

  • Daily6
  • Weekly543
  • Monthly1471