Şəbəkimizin əsas məqsədi ekoloji təmiz mühitdə uşaqların fiziki, psixoloji, həmçinin intellektual inkişafını təmin edəcək tədris proqramlarını tətbiq etmək, onları təbiətlərindən ayırmadan sağlam və intellektual gələcək nəsil formalaşdırmaqdır.
Biz “Xoşbəxt uşaq hər zaman uğur əldə edəcək” prinsipinə inanaraq, “Övladınız Hər Şeyin Ən Yaxşısına Layiqdir” siyasətini fəaliyyətimizdə tətbiq edərək uşaqlara özlərini tanımaq və ifadə etmək imkanı yaradırıq.
Şəbəkəyə daxil olan Uşaq Bağçalarında və İnkişaf Mərkəzlərində tədris qrupları 3 dildə – ingilis, rus və azərbaycan dilində təşkil olunur və 3 aydan 6 yaşa qədər dövrü əhatə edir. Məşğələlər 10 – 20 nəfərlik qruplarda keçirilir. Qruplarda uşaqlarla işi tərbiyəçi, müəllimə və dayə həyata keçirir.
Niyə Bağçam Şəbəkəsi Uşaq Bağçaları
Bağçam Preschool Network Project Manager