Sürücü Avtokran Maşinisti

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Sürücü Avtokran Maşinisti

  • Истекает 20 ноябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İş şəraiti

  • Ünvan: Qum Adası, Bakı, Azərbaycan
  • İş qrafiki: 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)
  • Nəqliyyat: Şirkət tərəfindən servis avtobusları ilə təmin olunur (işə gediş-gəliş)

Vəzifə haqqında

  • Sürücü Avtokran Maşinisti vəzifəsinin məqsədi sahə/baza və tikinti/anbar ərazilərində avtokran və Manitou (teleskopik yükləyici) vasitəsilə qaldırma, yükləmə-boşaltma və yüklərin yerinin dəyişdirilməsi əməliyyatlarının fasiləsiz və təhlükəsiz icrasının təmin edilməsi, avadanlığın saz vəziyyətdə saxlanılması, yükqaldırma planına/iş icazəsinə (PTW), istehsalçı təlimatlarına və HSE tələblərinə tam riayət edilməsidir.

Əsas vəzifə öhdəlikləri

  • Verilmiş tapşırıqlara uyğun olaraq avtokran və Manitou ilə yüklərin və avadanlıqların qaldırılmasının, yüklənməsinin, boşaldılmasının və yerinin dəyişdirilməsinin həyata keçirilməsi. 
  • İşə başlamazdan əvvəl və iş sonunda avadanlığın gündəlik texniki baxışının aparılması (tormoz, işıqlandırma, siqnal, hidravlik sistem, şinlər, vinç, qarmaq bloku, buom/ox, stabilizator/ayaqlar, idarəetmə sistemləri və s.). 
  • İş zonasının qiymətləndirilməsi: torpaq dayanıqlığı, maililik, maneələr, üst hava xətləri, yaxınlıqda olan qurğular və insanların təhlükəsiz məsafəsi; tələb olunan qoruyucu zonaların və xəbərdarlıq nişanlarının təmin edilməsi. 
  • Avtokranın quraşdırılmasının təhlükəsiz icra edilməsi: səthin hamarlanması, stabilizatorların tam açılması, dayaqlıq altlıqlarından istifadə edilməsi və avadanlığın səviyyəyə gətirilməsi. 
  • Yükqaldırma əməliyyatlarının yalnız təsdiqli yükqaldırma planı, siqnalçı rəhbərliyi və təhlükəsizlik qaydalarına uyğun icra edilməsi; icazə verilən yükqaldırma qabiliyyətinin aşılmamasının təmin edilməsi. 
  • Stroplama və rigging avadanlıqlarının (sapan, şakel, qarmaq, traverz və s.) sertifikatlı və saz olmasının yoxlanılması; zədələnmiş avadanlıqdan istifadə edilməməsinin təmin edilməsi. 
  • Yükün balansını, buomun çıxıntısını və dönmə/uzatma bucaqlarını nəzərə alaraq qaldırma, fırlatma, teleskoplama və endirmə əməliyyatlarının rəvan və təhlükəsiz icra edilməsi; külək və digər məhdudiyyətlər olduqda işin dayandırılması. 
  • Manitou ilə yük daşıyarkən yükün mümkün qədər aşağıda saxlanılması, sürət limitlərinə riayət edilməsi, dönmələrin ehtiyatla edilməsi və maili səthlərdə istehsalçı limitlərinin aşılmamasının təmin edilməsi. 
  • Avadanlığın sahə daxilində və ya obyektlər arasında hərəkətinin/daşınmasının təhlükəsiz təşkil edilməsi: buomun bərkidilməsi, qarmağın sabitlənməsi, əlavə avadanlığın bağlanması və yol hərəkəti qaydalarına riayət edilməsi. 
  • Nasazlıq, qeyri-standart səs/sızma, aşma riski və ya digər təhlükəli vəziyyətlərdə işin dərhal dayandırılması, ərazinin təhlükəsizləşdirilməsi və rəhbərliyin/HSE-nin məlumatlandırılması. 
  • Gündəlik yoxlama vərəqləri, yükqaldırma əməliyyat qeydləri, yürüş/yanacaq və texniki xidmət barədə hesabatların düzgün aparılması və vaxtında təqdim edilməsi. 
  • Avadanlığın təmizliyinin, sazlığının və texniki xidmət qrafikinə uyğun qulluq tədbirlərinin təmin edilməsi.

Kvalifikasiya tələbləri:

  • Orta ixtisas və ya peşə təhsili
  • Avtokran şassisinin idarəsi üçün müvafiq kateqoriyalı etibarlı sürücülük vəsiqəsi 
  • Avtokran operatoru və Manitou (teleskopik yükləyici) operatoru üzrə təlim/sertifikat 
  • Avtokranın və Manitou-nun quruluşu, idarəetmə sistemləri, hidravlik və elektrik hissələri; stabilizatorların və təhlükəsizlik sistemlərinin iş prinsipi üzrə biliklər 
  • Yükqaldırma qabiliyyət cədvəllərinin (load chart), iş radiusunun, buom bucağı/uzunluğu və asqı konfiqurasiyalarının hesablanması və tətbiqi 
  • Rigging/stroplama avadanlıqları, siqnal qaydaları (hand signals/radio), təhlükəli zonaların təşkili və qaldırma əməliyyatlarının təhlükəsiz icrası 
  • PTW, LOTO və obyekt daxili prosedurlar; elektrik xətləri yaxınlığında iş, külək məhdudiyyətləri və aşma risklərinin idarə olunması 
  • Gündəlik inspeksiya, nasazlıqların ilkin diaqnostikası, yağlama/servis tələbləri və istehsalçı təlimatlarına uyğun istismar
  • Damba yolu və məhdud sahə ərazilərində hərəkət qaydaları və təhlükəsiz idarəetmə tələbləri üzrə biliklər

Təklif edirik:

  • Peşəkar inkişaf və davamlı öyrənmə imkanları. 
  • Əhəmiyyətli və təsirli layihələrdə iştirak imkanı. 
  • Şirkət tərəfindən nəqliyyat xidməti. 
  • Rahat və komanda yönümlü iş mühiti.
  • Rəqabətədavamlı əmək haqqı və sosial paket.

Qeyd: Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily94
  • Weekly329
  • Monthly1750