Bahar Energy Operating Company Bahar Energy Operating Company
  • 182

Bahar Energy Operating Company

Mining, Oil & Gas , Oil & Gas

Takelaj təchizatı üzrə koordinator

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Takelaj təchizatı üzrə koordinator

  • Deadline 2 December 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə haqqında: 

  • BEOC Qum adasında yükqaldırma əməliyyatlarının təhlükəsiz və səmərəli həyata keçirilməsini dəstəkləmək, anbarda saxlanılan yükqaldırma avadanlıqlarının texniki yararlılığına, düzgün saxlanılmasına, sertifikatlarına və inventarına nəzarət etmək məqsədilə Takelaj təchizatı üzrə koordinator vakansiyası üzrə müsabiqəni açıq elan edir. Bu vəzifə yükqaldırma avadanlıqlarının şirkət prosedurlarına, sənaye standartlarına və normativ tələblərə uyğun idarə olunmasını əhatə edir.

Əsas vəzifə öhdəlikləri: 

  • Anbarda saxlanılan yükqaldırma avadanlıqlarının və aksesuarlarının texniki yararlılığına nəzarət etmək.
  • Avadanlıqların istifadəsindən əvvəl vizual və dövri yoxlamalarını həyata keçirmək.
  • Nasaz və istifadəyə yararsız avadanlıqları aşkar etmək və istismardan çıxarmaq.
  • Yükqaldırma avadanlıqlarının qeydiyyatını və inventar reyestrini aparmaq.
  • Avadanlıqlara aid sertifikatların və digər müvafiq sənədlərin tamlığını və qüvvədə olmasını təmin etmək.
  • Yükqaldırma avadanlıqlarının və aksesuarlarının düzgün saxlanılmasına nəzarət etmək.
  • Avadanlıqların texniki qulluğunun və yararlılığının qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsinə dəstək vermək.
  • Yükqaldırma avadanlıqlarının və aksesuarlarının anbardan verilməsini və inventar uçotunu müəyyən edilmiş qaydada təşkil etmək.
  • Avadanlıqlarda və aksesuarlarda aşkar edilmiş nasazlıqların araşdırılmasına kömək etmək və müvafiq məlumatları aidiyyəti şəxslərə çatdırmaq.
  • İşə başlamazdan əvvəl, iş zamanı və iş başa çatdıqdan sonra əməyin təhlükəsizliyi qaydalarına riayət etmək.

Tələblər və kvalifikasiyalar: 

  • Təhsil: Orta təhsil və ya ona ekvivalent təhsil; texniki ixtisas üzrə təhsil üstünlükdür.
  • Sertifikatlar və təlimlər: LEEA üzrə, yükqaldırma və takelaj sahəsində səriştə, yükqaldırma avadanlıqlarının yoxlanılması və əməyin təhlükəsizliyi (HSE) üzrə təlimlər.
  • İş təcrübəsi: Yükqaldırma avadanlıqlarının idarə olunması, avadanlıq anbarının fəaliyyəti və ya yükqaldırma əməliyyatları sahəsində 3–5 il iş təcrübəsi.
  • Texniki bilik və bacarıqlar: Yükqaldırma və takelaj prinsipləri, təhlükəsiz yükqaldırma qaydaları, yükqaldırma planlarının və yükqaldırma qabiliyyəti cədvəllərinin oxunması, avadanlıqların və aksesuarların texniki yararlılığının qiymətləndirilməsi, yükün çəkisinin və ağırlıq mərkəzinin müəyyən edilməsi, yükqaldırma risklərinin qiymətləndirilməsi.
  • Davranış səriştələri: Təhlükəsizlik və risk intizamı, davamlı öyrənmə və təkmilləşdirmə, əməkdaşlıq və komanda işi, məsuliyyət, dürüstlük və hesabatlılıq, insanlara və iş mühitinə qayğı.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily124
  • Weekly124
  • Monthly125