Tələblər:
- Yaş: 25-40
- Təhsil: Ali
- İş təcrübəsi: müvafiq sahədə min.3 il
- Cinsi: kişi
Vəzifə öhdəlikləri:
- Keyfiyyət ilə bağlı yazılı və əyani təlimatları tətbiq edir və prosesi təqib edir;
- Elektrik quraşdırma işlərinin keyfiyyət proqramına uyğun aparılmasına və texnoloji proseslərin ardıcıllığının pozulmamasına nəzarət edir;
- İşin (xidmətin) keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsi işinin təşkili, onların aradan qaldırılması üzrə tədbirləri görür;
- Müayinə zamanı kritik qəraraları standart çərçivəsində dəyərləndirir;
- Quraşdırma prosesində yaranmış nöqsanların bərpa edilmə kriteriyalarını bilməli və edilən bərpaedici tədbirlərin standartlara uyğunluğunu daimi nəzarətdə saxlayır;
- Keyfiyyətsiz xidmətlərin göstərilməsinin qarşısını alır;
- Gizli və üstüörtülü işlərin qəbulunu həyata keçirir, nəticələr müsbət olduğu halda müvafiq “gizli və üstüörtülü işlərin qəbulu akt”larını imzalayır;
- Sahələrdə aşkarlanmış uyğunsuzluqların reystrini tərtib edir, uyğunsuzluqların izlənilməsini təmin edir;
- Yeni işə başlamış tikinti - quraşdırma sahələrini lazımı normativ – texniki sənədlərlə təmin edir;
- İşlərin qəbulu zamanı layihə tələbləri və real ölçülər arasında aşkarlanmış uyğunsuzluqlar haqqında məlumatları bilavasitə rəhbərliyə bildirir;
- Tikinti –quraşdırma sahəsində işlər bitərkən, sahə rəisindən yekunlaşmış işlərə aid sənədləri aktlaşdırılaraq müvafiq şöbəyə qəbul edilməsini və arxivə təhvil verilməsini təmin edir.
İş barədə:
- İş rejimi:tam iş rejimi, 6 gün
- Iş saatı:,08:00-18:00, şənbə günü qısaldılmış iş günü
- Nahar şirkət tərəfindən verilir
- Əmək Haqqı 1500 AZN
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinde "Keyfiyyətə nəzarət üzrə mütəxəssis " qeyd edərək CV-lərini elektron poçt ünvanına göndərmələri xahiş olunur.