“Bakelektro” Açıq Səhmdar Cəmiyyəti 1998-ci il 4 mart tarixində 70 ildən artıq fəaliyyət göstərən “Azərsənayəelektrikquraşdırma” trestinin bazasında yaradılaraq fəaliyyətə başlamışdır.
Şirkətimiz iri və kiçik həcmli zavod və fabriklər, sənaye və iaşə obyektləri, metro stansiyaları, hava limanları, mehmanxana və çoxmərtəbəli iş mərkəzləri, yaşayış binaları, idman və konsert kompleksləri və stadionların daxili və xarici elektrik təchizatı, orta gərginlikli elektrik sistemlərinin (orta gərginlikli yuvalar, transformatorlar, orta gərginlikli enerji paylama sistemləri, hava xətləri), alçaq gərginlikli enerji paylama sistemlərinin (alçaq gərginlikli enerji paylama panoları, daxili və xarici işıqlandırma, BusBar sistemi, kabel xətləri və kompensasiya sistemi), zəif axın sistemlərinin (yanğın aşkarlama və həyəcan sistemi, telefon, data sistemləri, ümumi səsləndirmə və təcili anons sistemi, SMATV, IP TV sistemi, təhlükəsizlik və qapalı dövrə kamera sistemi, avtopark giriş-çıxış sistemi, interkom sistemi, xəstəxana idarəetmə sistemi, tibb bacısı çağrı sistemi, mərkəzi saat sistemi, fərdi çağırış sistemi,bank növbə sistemləri, vizual səs sistemləri, konfrans və təqdimat sistemləri), torpaqlama sistemlərinin (ildırımdan qorunma və torpaqlama sistemləri), avtomatika sistemlərinin(enerji nəzarəti sistemləri, bina avtomatika sistemi, işıqlandırma avtomatika sistemi, SCADA) quraşdırılması və servisinin yerinə yetirlməsində, həmçinin 110, 35, 10 və 6kV-luq yarımstansiyaların inşası üzrə 20 ilə yaxın dolğun təcrübəyə malikdir.
Bakelektro Layihəçi elektrik