Namizədə tələblər:
- Mühəndis ixtisası üzrə ali təhsil (kondisionerləşdirmə, havalandırma, isitmə və kommunikasiya sistemləri üzrə);
- İKT və tikinti sahəsində 3-5 il iş təcrübəsi;
- Sahə üzrə yerli ve xarici standartlar üzrə biliklərə malik olmaq;
- Excel, Word, AutoCad bilikləri;
- BİM layihələrində iştirak arzuolunandır;
- Dil bilikləri : Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur.
Vəzifə öhdəlikləri:
- Layihənin icrası, sahə araşdırmaları, planlaşdırma, sənədlərin idarəedilməsi və problemlərin həll olunması işlərində iştirak edilməsi;
- Sifarişçilərin tələb və istəklərinə uyğun optilmal və iqtisadi səmərəli variantlar seçməklə İVK layihələrinin hazırlanması;
- Avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanaraq seçilməsi;
- Boru kəmərlərinin, kanalların və idarəetmə panellərinin yerləşdirilməsinin planlaşdırılması, İVK komponentlərinin quraşdırılması;
- Sistemlərin səmərəli və təhlükəsiz işləməsini təmin etmək üçün keyfiyyət yoxlamalarının aparılması;
- Obyektlərə nəzarət və obyektlərdə görülən işlərin gündəlik hesabatları;
- İşlərin yüksək SƏTƏMM tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi.
İş barədə məlumat:
- İş qrafiki : 09:00-18:00, həftə içi 5 gün;
- Əmək haqqı: 800-1000 AZN.
- İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Namizədlərdən xahiş olunur ki, CV-lərini uyğun ixtisas başlığı ilə e-mail ünvanına göndərsinlər.