Namizədə tələblər:
- Mühəndis ixtisası üzrə ali təhsil (kondisionerləşdirmə, havalandırma, isitmə və kommunikasiya sistemləri üzrə);
- İVK və tikinti sahəsində 1-3 il iş təcrübəsi;
- Sahə üzrə yerli ve xarici standartlar üzrə biliklərə malik olmaq;
- Excel, Word, AutoCad bilikləri;
- BİM layihələrində iştirak arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), digər dillər əlavə üstünlük hesab olunur.
Vəzifə öhdəlikləri:
- Yaşayış, ictimai və sənaye binaları üçün isitmə, ventilasiya və kondisionerləşdirmə sistemlərinin layihələndirilməsi;
- Layihə tapşırıqlarına uyğun olaraq hesabatların (istilik itkisi, hava balansı, hidravlik və aerodinamik hesabatlar) aparılması;
- Digər bölmələrlə koordinasiyalı işin təşkili;
- Texniki spesifikasiyaların, avadanlıq və material siyahılarının (BOQ) hazırlanması;
- Layihələrin mövcud tikinti norma və qaydalarına (AzDTN,SNiP və s.) uyğun işlənilməsi.
İş barədə məlumat:
- İş qrafiki : 09:00-18:00, həftə içi 5 gün;
- Əmək haqqı: 1000-1500 AZN.
- İşə qəbul əmək qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Namizədlərdən xahiş olunur ki, CV-lərini uyğun ixtisas başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.