B Bakı Fond Birjası
  • 474

Daxili Auditor

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Daxili Auditor

  • Истекает 3 май 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

VƏZİFƏ ÖHDƏLİKLƏRİNİZ

  • Birjanın bütün struktur bölmələrində, habelə Birjanın təsisçisi olduğu təsərrüfat subyektlərində audit yoxlamalarının həyata keçirilməsi; 
  • Risklərin idarə olunması və minimallaşdırılması, daxili nəzarət sisteminin beynəlxalq standartlara uyğun qurulması, informasiya texnologiyalarının idarə olunmasının təkmilləşdirilməsi və təhlükəsizliyinin gücləndirilməsi istiqamətlərində Birjanın bütün struktur bölmələrinə məsləhət və tövsiyələrin verilməsi;
  • Resurslardan istifadənin səmərəliliyinin və effektivliyinin qiymətləndirilməsi; 
  • Audit zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması, habelə uçot və hesabat, daimi  nəzarət prosedurları və mexanizmləri barədə Birjanın İdarə Heyətinə və struktur bölmələrinə tövsiyələrin verilməsi; 
  • Kənar və daxili auditor tövsiyələrinin yerinə yetirilməsinə nəzarət edilməsi; 
  • Birjanın İdarəetmə orqanlarının qərarlarının, əmrlərin, sərəncamların və Birjanın rəhbərliyinin verdiyi göstərişlərin icrasına nəzarətin həyata keçirilməsi. 

TƏLƏBLƏR:

  • Maliyyə və ya İqtisadiyyat üzrə bakalavr dərəcəsi;
    Mailiyyə və iqtisadi sahədə ən azı 2-3 il təcrübə arzu olunandır;
  • Əla ünsiyyət, analitik təhlil etmə, təqdimat bacarıqları;
  • Daxili nəzarət prinsipləri sahəsində biliklər;
  • Risklərin qiymətləndirilməsi üzrə biliklər;
  • Daxili audit standartları sahəsində biliklər;
  • Fırıldaqçılıq əlamətlərinin müəyyən edilməsi sahəsində biliklər;
  • Qiymətli kagızlar bazarı və audit qanunvericiliyi sahəsində biliklər;
  • Maliyyə-mühasibatlıq sahəsində biliklər.

İş müraciəti üçün CV-nizi mesajın mövzu hissəsində vəzifə adı – “Daxili Auditor” qeyd etməklə Müraciət Et butonunda yerləşən e-mail ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily0
  • Weekly0
  • Monthly1939