Vəzifə haqqında
Keyfiyyətə nəzarət (KN) mühəndisi rolu proqram təminatı tətbiqlərindəki qüsurları aşkar etmək, son məhsulun həm funksional, həm də istifadəçi dostu olmasını təmin etmək üçün test planlarının, test ssenarilərinin və avtomatlaşdırılmış testlərin hazırlanması, tətbiqi və icrasını əhatə edir. Keyfiyyətə Nəzarət (KN) mühəndisinin əsas vəzifəsi xətaları və ya problemləri vaxtında aşkar etməkdir ki, bu da ümumi istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına və tətbiqdən sonrakı düzəliş xərclərinin azaldılmasına köməklik edir. Biz avtomatlaşdırılmış test prosedurları, freymvorklar və alətlər üzrə təcrübəli KN mühəndisi axtarırıq.
Əsas öhdəliklər
- Proqram təminatının keyfiyyətini təmin etmək üçün test planlarının, test ssenarilərinin və avtomatlaşdırılmış skriptlərin dizaynı, işlənilməsi və icrası.
- Xətaları və qüsurları aşkar etmək məqsədilə funksional, reqressiya, performans və təhlükəsizlik testlərinin keçirilməsi.
- Məhsul tələblərini və test ehtiyaclarını anlamaq üçün məhsul menecerləri, İT biznes analitiklər, sistem analitikləri və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq.
- Proqram təminatı qüsurlarının müəyyən edilməsi, sənədləşdirilməsi və izlənilməsi; problemlərin və onların həll yollarının aydın şəkildə kommunikasiya edilməsi.
- Test prosesindən əvvəl potensial risk sahələrini müəyyən etmək üçün məhsulun texniki spesifikasiyalarının və proqram dizaynının dərindən nəzərdən keçirilməsi.
- Test prosesinin səmərəliliyini artırmaq üçün test avtomatlaşdırma alətlərindən və freymvorklarından istifadə edilməsi.
- Funksionallıq və performansı təsdiqləməklə, proqram təminatının müştəri və biznes tələblərinə cavab verməsinin təmin edilməsi.
- Proqram təminatının test edilməsi səmərəliliyini artırmaq üçün KN proseslərinin, alətlərinin və qabaqcıl təcrübələrin davamlı inkişafına dəstək verilməsi.
- İstifadəçi qəbulu testlərinə (UAT) dəstək verilməsi və məhsulun validasiyası zamanı müştərilərə köməklik göstərilməsi.
Tələblər
- Kompüter elmləri, İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi.
- KN mühəndisi, proqram təminatı testçisi və ya oxşar vəzifədə minimum 2 il iş təcrübəsi (manual və avtomatlaşdırılmış testlər üzrə ekspertiza mütləqdir).
- Avtomatlaşdırılmış test skriptlərini qurmaq və işə salmaq üçün Java, Python və ya JavaScript dillərində peşəkar biliklər.
- Proqram təminatının test edilməsi metodologiyaları, alətləri və freymvorkları haqqında güclü biliklər.
- Xətaların izlənilməsi və layihə idarəetmə alətləri ilə iş təcrübəsi.
- Davamlı inteqrasiya və davamlı çatdırılma (CI/CD) boru kəmərləri haqqında anlayış.
- Agile metodologiyası və müvafiq alətlərlə (Scrum, Kanban) tanışlıq.
- Test nəticələrini sənədləşdirmək və müxtəlif funksiyalı komandalarla qarşılıqlı əlaqə qurmaq üçün güclü ünsiyyət bacarıqları.
- Mükəmməl analitik bacarıqlar, detallara diqqət və problem həll etmə qabiliyyəti.
- Həm müstəqil, həm də komanda daxilində effektiv işləmək bacarığı.
- Yeni texnologiyaları və test alətlərini sürətlə öyrənməyə maraq və meyllilik.
Biz nə təklif edirik ?
- Ölkənin yeganə fond birjasında aydın karyera yüksəlişi imkanları.
- Aparıcı qlobal fond birjaları ilə tərəfdaşlıq vasitəsilə beynəlxalq bilik mübadiləsi.
- Davamlı təlim və peşəkar inkişaf proqramları.
- Müasir, dəstəkləyici və dostyana iş mühiti.
- Siz və ailəniz üçün hərtərəfli tibbi sığorta.
Müraciət qaydası
CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Mövzu hissəsi: Keyfiyyətə nəzarət üzrə mühəndis.