Komandamıza təcrübəli Korporativ Satış Meneceri tələb olunur!
Satış strategiyalarının qurulması, yeni müştərilərlə əlaqələrin yaradılması və bazar imkanlarının dəyərləndirilməsi sahəsində peşəkarsınızsa – bu vəzifə sizin üçündür!
Vəzifə öhdəlikləri:
- Şirkətin korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
- Müştəri bazasının formalaşdırılması və uzunmüddətli əməkdaşlıqların qurulması;
- Satışla bağlı bazar tendensiyalarını və rəqibləri analiz etmək;
- İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender imkanlarını müəyyənləşdirmək;
- Potensial satış nöqtələrinə ziyarətlər, ehtiyac analizlərinin aparılması;
- Müştərilərlə görüşlər, təqdimatlar və danışıqların aparılması;
- Satış hədəflərinə nail olmaq və satış göstəricilərini artırmaq.
Tələblər
- Xanım və bəy namizədlər
- Ali təhsil
- Yaş həddi: 30–45;
- Azərbaycan dilində səlis danışıq, yüksək səviyyədə kommunikasiya və təqdimat bacarığı
- İngilis, Rus dili biliyi üstünlükdür.
- Şəxsi avtomobilin olması. (amortizasiya + yanacaq xərcləri ödəniləcək)
- Korporativ satış sahəsində minimum 2 illik iş təcrübəsi;
- Karton qutu, tara və kağız satışı üzrə təcrübə üstünlükdür;
- Korporativ satış texnikalarına, danışıqlar aparmaq və təqdimat bacarıqlarına sahib olmalı;
- Aktiv, təşəbbüskar və nəticəyönümlü olmalı.
İş şəraiti və təkliflər:
- Əmək haqqı: 1000 AZN gross + bonus
- İş qrafiki: 5 gün, 09:00 – 18:00
- Korporativ nömrə və danışıq balansı
- Azərbaycan Respublikası Əmək məcəlləsinə əsasən sənədləşmə
- İş yeri: Sumqayıt Kimya Sənaye Parkı
Maraqlanan namizədlər CV-lərini “Korporativ satış meneceri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.