Bakı Metropoliteni Bakı Metropoliteni
  • 130

Birləşmiş emalatxanalar və istehsalat xidməti -Tornaçı

Birləşmiş emalatxanalar və istehsalat xidməti -Tornaçı

  • Deadline 4 Oktyabr 2026

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Birləşmiş emalatxanalar və istehsalat xidmətinə tornaçı axtarırıq!

Vəzifə funksiyası

  • Namizəd metal emalı üzrə torna işlərini texnoloji prosesə və normativ tələblərə uyğun şəkildə yerinə yetirməli, dəzgahın düzgün sazlanmasını və təhlükəsiz istismarını təmin etməli, detalların ölçü-dəqiqliyinə nəzarət etməklə yanaşı, gündəlik əmək fəaliyyətini təsdiq olunmuş vəzifə təlimatına uyğun və yüksək məsuliyyətlə icra etməlidir..

Sizi hansı öhdəliklər gözləyir?

  • Tornalama işlərini (detalların emalı, yonma, kəsmə, yiv açma və s.) texnoloji xəritə və çertyoj tələblərinə uyğun, dəqiq və keyfiyyətlə yerinə yetirmək;
  • Torna dəzgahını işə hazırlamaq (sazlama, alətlərin düzgün seçilməsi və bərkidilməsi), işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Emal olunan detalların ölçü və keyfiyyət göstəricilərinə nəzarət etmək, ölçmə alətləri ilə (şubler, mikrometr və s.) yoxlama aparmaq;
  • İstehsalat təhlükəsizliyi qaydalarına riayət etmək, dəzgahın təhlükəsiz istismarını təmin etmək və yarana biləcək nasazlıq/insidentlərə operativ reaksiya vermək;
  • İş prosesində aşkar olunan texniki uyğunsuzluqlar, avadanlıq nasazlıqları və material çatışmazlıqları barədə vaxtında aidiyyəti üzrə məlumat vermək;
  • Təsdiq olunmuş vəzifə təlimatına, daxili nizam-intizam qaydalarına və normativ tələblərə uyğun olaraq gündəlik iş fəaliyyətini icra etmək.

Namizədlərdən tələblərimiz

  • 25-45 yaş aralığında olmalı;
  • Müvafiq sahə üzrə peşə təhsili və ya tornaçı ixtisası üzrə hazırlıq/sertifikat olmalı;
  • Tornaçı peşəsi üzrə ən azı 3 il iş stajı olmalı;
  • Torna dəzgahlarında işləmə təcrübəsi olmalı, çertyoj oxumağı və ölçü alətləri (şubler, mikrometr və s.) ilə işləməyi bacarmalı;
  • Texnoloji ardıcıllığa, istehsalat intizamına və əməyin mühafizəsi/təhlükəsizlik qaydalarına ciddi riayət etməli;
  • Gərgin iş şəraitində diqqətli və məsuliyyətli işləmək, operativ qərar vermək və komandada işləmək bacarığı olmalı.

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
  • Psixoloji dəstək xidməti.

Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə müraciətinizi tamamlaya bilərsiniz: https://hr.metro.gov.az/vacancy/5540

  • Daily46
  • Weekly433
  • Monthly2147