Bakı Metropoliteni Bakı Metropoliteni
  • 755

Bakı Metropoliteni

Other

Çin dili üzrə tərcüməçi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Çin dili üzrə tərcüməçi

  • Истекает 31 декабрь 2025
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün çin dili üzrə tərcüməçi axtarırıq! 

Namizəd çin dili üzrə yazılı və şifahi tərcümələrin təmin olunması, Çindən idxal olunan avadanlıqların texniki pasportları və servis/istismar sənədlərinin dəqiq tərcüməsi, eləcə də Çinli tərəfdaşlarla işgüzar ünsiyyətin effektiv qurulmasında əsas rol oynayacaq.

Sizi hansı öhdəliklər gözləyir?

  • Çin dili ilə bağlı yazılı və şifahi tərcümələrin həyata keçirilməsi (texniki görüşlər, istehsalat sahəsi üzrə müzakirələr, təlimatlar və təqdimatlar)
  • Çin dilində olan texniki sənədlərin, təlimatların,avadanlıq/cihaz texniki pasportlarının və məktublaşmaların Azərbaycan dilinə dəqiq tərcümə edilməsi; 
  • Çindən gətirilən avadanlıqların texniki pasportlarının, istismar və servis təlimatlarının oxunması, düzgün anlaşılması və texniki heyət üçün praktik istifadəyə uyğun şəkildə tərcümə edilməsi (qulluq, sazlama, servis işləri zamanı); 
  • Çinli mütəxəssislər və tərəfdaşlarla keçirilən görüşlərdə ardıcıl tərcümənin təmin olunması, kommunikasiya prosesinin koordinasiyası; 
  • Texniki heyətin ehtiyacı olduqda təlimatlandırma və məlumatlandırma işlərində dil dəstəyinin göstərilməsi; 
  • Tərcümə edilən materialların məxfilik tələblərinə uyğun saxlanılması və sənəd dövriyyəsi qaydalarına riayət edilməsi. 

Namizədlərdən tələblərimiz

  • Ali təhsil (filologiya, tərcümə, beynəlxalq münasibətlər, mühəndislik və ya müvafiq sahə üzrə); 
  • Çin dili üzrə yüksək səviyyədə yazılı və şifahi tərcümə bacarığı.
  • Texniki mətnlərlə işləmə bacarığı (istehsalat/texniki xidmət/avadanlıq sənədləri üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir); 
  • Avadanlıqların texniki pasportları, istismar/servis təlimatları və texniki spesifikasiyalar üzrə Çin dilində mətnləri oxuma, anlama və terminoloji cəhətdən düzgün tərcümə etmə bacarığı; 
  • Azərbaycan dili və Çin dili mükəmməl;  rus və/və ya ingilis dili biliyi arzuolunandır; 
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı (Word, Excel, PowerPoint); 
  • Diqqətlilik, məsuliyyət, operativlik və komandada işləmək bacarığı; 
  • İşgüzar ünsiyyət və etik davranış qaydalarına riayət etmə. 

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
  • Psixoloji dəstək xidməti.

Müraciət Üçün

Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə (https://hr.metro.gov.az/vacancy/5422) müraciətinizi tamamlaya bilərsiniz.

Uğurlar!

  • Daily0
  • Weekly555
  • Monthly555