Dülgər

  • Deadline 30 Noyabr 2026

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Birləşmiş emalatxana və istehsalat xidmətinin Reklam işinin təşkili və quraşdırılması sahəsinə təcrübəli və məsuliyyətli dülgər axtarırıq!

Namizəd taxta və digər materiallardan konstrukasiyaların hazırlanması, montajıŞ təmir və texniki xidmət işlərini yerinə yetirəcək.

Sizi hansı öhdəliklər gözləyir?

  • Reklam qurğularının (lövhələr, stendlər, çərçivələr, karkaslar) taxta və analoji materiallardan olan hissələrinin hazırlanması, yığılması və montajı; Ağac, MDF, kontrplak (fayner) və plastik materialların ölçülərə uyğun kəsilməsi, yonulması və emal edilməsi;
  • Texniki çizgi, ölçü və sxemlərə uyğun olaraq dülgərlik işlərinin yerinə yetirilməsi;
  • Əl alətləri və dülgərlik avadanlıqlarının (lobzik, frez, matqab və s.) vaxtında diaqnostikası, düzgün istismarı və təmizliyi;
  • Texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunması və iş yerində intizamın qorunması;
  • Zədələnmiş taxta və reklam konstruksiyalarının bərpası, profilaktik baxışın keçirilməsi və nasazlıqların aradan qaldırılması işlərini yerinə yetirmək.

Namizədlərdən tələblərimiz

  • Orta ixtisas və ya peşə təhsili (Elektrotexnika və ya əlaqəli sahə üzrə);
  • Dülgər kimi minimum 1–2 il iş təcrübəsi);
  • Texniki çertyoj və eskizləri oxumaq bacarığı;
  • Müxtəlif dülgər əl alətləri və dezgah/elektrik kəsim alətləri ilə işləmək bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Təhlükəsizlik qaydalarına ciddi riayət etmək bacarığı;
  • Məsuliyyətli və intizamlı olmaq;
  • Operativ və çevik olmaq.

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • “Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkan;
  • Psixoloji dəstək xidməti.

Vakansiyaya müraciət etmək üçün Metropolitenin  hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5689 müraciətinizi tamamlaya bilərsiniz.

Uğurlar!

  • Daily77
  • Weekly338
  • Monthly917