Bakı Metropoliteni Bakı Metropoliteni
  • 602

Bakı Metropoliteni

Прочее

Elektrik maşınları elementlərinin dolalayıcısı

Elektrik maşınları elementlərinin dolalayıcısı

  • Истекает 28 февраль 2026

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Elektrik maşınları elementlərinin dolalayıcısı axtarırıq!

Namizəd elektrik maşınlarının sarğı və dolama işlərini texnoloji proseslərə və normativ tələblərə uyğun şəkildə yerinə yetirməli, istifadə olunan avadanlıqların düzgün sazlanmasını və təhlükəsiz istismarını təmin etməli, görülən işlərin keyfiyyətinə və texniki göstəricilərinə nəzarət etməklə yanaşı, gündəlik əmək fəaliyyətini təsdiq olunmuş vəzifə təlimatına uyğun və yüksək məsuliyyətlə icra etməlidir.

Sizi hansı öhdəliklər gözləyir?

  • Müxtəlif tipli, güclü və dövr sayı fərqli olan elektrik mühərriklərinin sökülməsi, təmizlənməsi və dolanması işlərini icra etmək;
  • Qüsurlu (yanmış, sıradan çıxmış və s.) sarğıların açılması, qüsurun xarakterinin müəyyən edilməsi və aradan qaldırılmasını icra etmək;
  • Asinxron və sinxron mühərriklərin, eləcə də transformatorların (güc transformatorları istisna olmaqla) sarğı təmiri və bərpasını həyata keçirmək;
  • Sarğı üçün istifadə olunan məftillərin ölçülərini müəyyən etmək və texniki tələblərə uyğun tətbiq etmək;
  • Sarğı seksiyalarının bərabərləşdirici və birləşdirici elementlərlə düzgün yığılmasını təmin etmək;
  • Lövbər və kollektor hissələrinin (qanovların) təmizlənməsi və texniki baxışını aparmaq;
  • Hava elektrokompressorlarının mühərrik lövbərlərinin təmiri və seksiyaların yığılmasını icra etmək;
  • Kiçik və böyük qütblü sarğıların yoxlanılması, zərurət olduqda dəyişdirilməsi;
  • Elektrik maşınlarının ayrı-ayrı qovşaqlarının və hissələrinin sarğılarının sökülməsi və yenidən dolanması;
  • İş prosesində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək;
  • Aşkar edilən texniki nasazlıqlar barədə vaxtında rəhbərliyə məlumat vermək.

Namizədlərdən tələblərimiz

  • 25–50 yaş aralığında olmalı
  • Elektrik, elektrotexnika və ya müvafiq texniki sahə üzrə peşə təhsili və ya ixtisas hazırlığı olmalı;
  • Elektrik maşınları elementlərinin dolalayıcısı və ya oxşar sahə üzrə praktiki iş təcrübəsi (üstünlükdür);
  • Asinxron və sinxron elektrik mühərriklərinin quruluşunu və iş prinsipini bilməli;
  • Elektrik mühərrikləri və transformatorların (güc transformatorları istisna olmaqla) sarğılarının sökülməsi və dolanması üzrə biliklərə malik olmalı;
  • Sarğı məftillərinin növləri, ölçüləri və izolyasiya materialları barədə anlayışı olmalı;
  • Texniki sxemləri, çertyojları və elektrik sxemlərini oxumaq bacarığı;
  • Ölçmə cihazları (ohmmetr, meqommetr və s.) ilə işləmək bacarığı;
  • Fiziki cəhətdən işin tələblərinə uyğun olmalı.
  • Texnoloji ardıcıllığa, istehsalat intizamına və əməyin mühafizəsi/təhlükəsizlik qaydalarına ciddi riayət etməli;
  • Gərgin iş şəraitində diqqətli və məsuliyyətli işləmək, operativ qərar vermək və komandada işləmək bacarığı olmalı.

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
  • Psixoloji dəstək xidməti.

Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5427  müraciətinizi tamamlaya bilərsiniz.

Uğurlar!

  • Daily0
  • Weekly121
  • Monthly808