Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Birləşmiş emalatxanalara Elektrik qaz qaynaqçısı axtarırıq!
Namizəd elektrik və qaz qaynaq işlərini texnoloji proseslərə və normativ tələblərə uyğun şəkildə yerinə yetirməli, qaynaq avadanlıqlarının düzgün sazlanmasını və təhlükəsiz istismarını təmin etməli, qaynaq tikişlərinin keyfiyyətinə və möhkəmliyinə nəzarət etməklə yanaşı, gündəlik əmək fəaliyyətini təsdiq olunmuş vəzifə təlimatına uyğun və yüksək məsuliyyətlə icra etməlidir.
Sizi hansı öhdəliklər gözləyir?
- Elektrik və qaz qaynaq işlərini (metal konstruksiyaların, hissələrin və birləşmələrin qaynağı) texnoloji xəritə, çertyoj və normativ tələblərə uyğun, dəqiq və keyfiyyətlə yerinə yetirmək;
- Qaynaq aparatlarını və avadanlıqlarını işə hazırlamaq (sazlama, elektrod və materialların düzgün seçilməsi), onların texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təmin etmək;
- Qaynaq olunan birləşmələrin keyfiyyətinə nəzarət etmək, tikişlərin möhkəmliyini və normativlərə uyğunluğunu yoxlamaq;
- İstehsalat təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına ciddi riayət etmək, qaz balonları və elektrik avadanlıqları ilə təhlükəsiz işləmək;
- İş prosesində aşkar olunan texniki uyğunsuzluqlar, avadanlıq nasazlıqları və material çatışmazlıqları barədə vaxtında aidiyyəti şəxslərə məlumat vermək;
- Təsdiq olunmuş vəzifə təlimatına, daxili nizam-intizam qaydalarına və normativ tələblərə uyğun olaraq gündəlik iş fəaliyyətini icra etmək.
Namizədlərdən tələblərimiz
- 25–45 yaş aralığında olmalı;
- Müvafiq sahə üzrə peşə təhsili və ya elektrik-qaz qaynaqçısı ixtisası üzrə sertifikat olmalı;
- Elektrik-qaz qaynaqçısı peşəsi üzrə ən azı 3 il iş stajı olmalı;
- Müxtəlif metal konstruksiyaların qaynağı üzrə praktik təcrübə, çertyoj oxumaq bacarığı olmalı;
- Texnoloji ardıcıllığa, istehsalat intizamına və təhlükəsizlik qaydalarına ciddi riayət etməli;
- Gərgin iş şəraitində diqqətli və məsuliyyətli işləmək, operativ qərar vermək və komandada işləmək bacarığı olmalı.
Metropoliten Sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
- Psixoloji dəstək xidməti.
Müraciət Üçün
- Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5441 müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!