Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün rəsmi yazışmaların və daxili sənədlərin keyfiyyətini yüksəldəcək, mətnləri “son toxunuş”la mükəmməlləşdirəcək Korrektor axtarırıq!
Namizəd imzaya təqdim olunan sənədlərin dil və tərtibat baxımından yüksək keyfiyyət standartlarına uyğunluğunu təmin etməlidir.
Sizi hansı öhdəliklər gözləyir?
- Sənəd layihələrini imzaya təqdim edilməzdən əvvəl yoxlamaq: mətnin aydınlığı, rəsmi üslub, dil qaydaları, terminlərin düzgünlüyü;
- Ünvan, tarix, nömrə, rekvizitlər, müraciət forması və digər identifikasiya məlumatlarının dəqiqliyini yoxlamaq;
- Vizalanmanın razılaşdırılmış qaydada aparılmasını nəzarətdə saxlamaq;
- Əsas sənəddə göstərilən əlavələrin (qoşmaların) tamlığını və uyğunluğunu yoxlamaq;
- Aşkar edilən qrammatik/üslubi/tərtibat nöqsanlarını aradan qaldırmaq, sənədi vahid standartlara uyğunlaşdırmaq;
- Yazışmalarda vahid dil və tərtibat mədəniyyətinin formalaşmasına töhfə vermək.
Namizədlərdən tələblərimiz
- Müvafiq sahə üzrə ali təhsil;
- AR kargüzarlıq sahəsində qanunvericiliyi bilmək;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- MS Office (Word əsas) üzrə yaxşı istifadə bacarığı;
- Diqqətli, məsuliyyətli, təşəbbüskar olmaq, detallara həssas yanaşmaq;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, rus və ingilis dili üstünlükdür.
Metropoliten Sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
- Psixoloji dəstək xidməti.
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5438 müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!