Bakı Metropoliteni Bakı Metropoliteni
  • 238

Metropolitan Apartments / Xadimə

  • Deadline 20 İyun 2026

“Bakı Metropoliteni” QSC-nin nəzdində fəaliyyət göstərən Metropolitan Apartments komandamıza qoşulmaq üçün Xadimə axtarırıq!

Vəzifənin əsas məqsədi

  • Qonaqlara yüksək xidmət keyfiyyətinin təqdim olunmasını təmin etmək məqsədilə mənzillərin və ümumi istifadə sahələrinin təmizliyinin, səliqəsinin və gigiyenik vəziyyətinin müəyyən edilmiş standartlara uyğun şəkildə təşkil edilməsi.

Əsas vəzifə öhdəlikləri

  • Mənzil tipli otaqların təmizliyinin həyata keçirilməsi; 
  • Yataq dəstlərinin dəyişdirilməsi və otaqların qonaq qəbuluna hazırlanması; 
  • Hamam-sanitar qovşaqlarının gigiyenik qaydalara uyğun təmizlənməsi; 
  • Ümumi istifadə sahələrinin təmiz və səliqəli saxlanılması; 
  • Təmizlik vasitələri və inventarların düzgün istifadəsinin təmin edilməsi; 
  • Aşkar olunan texniki nasazlıqlar və çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi; 
  • Müəssisədaxili sanitariya, gigiyena və təhlükəsizlik qaydalarına riayət olunması.

Namizədə dair tələblər 

  • Otel, istirahət mərkəzi və ya oxşar sahədə iş təcrübəsi; 
  • Təmizlik və gigiyena qaydaları barədə bilik; 
  • Səliqəlilik və məsuliyyətlilik; 
  • Komandada işləmək bacarığı; 
  • Fiziki cəhətdən aktiv iş rejimində çalışmaq bacarığı; 
  • Nizam-intizamlı və diqqətli olmaq; 
  • Qonaqlarla etik davranış qaydalarına riayət etmək.

Metropolitan Apartments Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • “Sağlam Ailə” Tibb Mərkəzində əməkdaşlar və onların birinci dərəcəli ailə üzvləri üçün güzəştli xidmət imkanları;
  • Push30 üzvlüyü üzrə əməkdaşlar üçün xüsusi güzəşt imkanı;
  • Psixoloji dəstək xidməti.
  • Qara Qarayev metro stansiyasından nəqliyyat servis xidməti.

İş yeri - Bilgəh - Metropolitan Apartments

Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5463 müraciətinizi tamamlaya bilərsiniz.

Uğurlar!

  • Daily93
  • Weekly621
  • Monthly2006