Mühafizəçi

  • Deadline 4 October 2026

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Mühafizə  bölməsinə mühafizəçi axtarırıq!

Vəzifə funksiyası

  • Namizəd metal emalı üzrə torna işlərini texnoloji prosesə və normativ tələblərə uyğun şəkildə yerinə yetirməli, dəzgahın düzgün sazlanmasını və təhlükəsiz istismarını təmin etməli, detalların ölçü-dəqiqliyinə nəzarət etməklə yanaşı, gündəlik əmək fəaliyyətini təsdiq olunmuş vəzifə təlimatına uyğun və yüksək məsuliyyətlə icra etməlidir..

Sizi hansı öhdəliklər gözləyir?

  • Obyektlərin fiziki mühafizəsini, obyektdaxili və buraxılış rejimini fasiləsiz və etibarlı şəkildə təmin etmək;
  • Obyektlərdə xidmət edən personalın yuxarıda qeyd olunan rejimə əməl etmələrini tələb etmək;
  • Xidmətdə yüksək ayıqlıq nümayiş etdirmək, dövlət əmlakının etibarlı mühafizəsini təmin etmək və baş verə biləcək hər hansı insidentə operativ şəkildə hazır olmaq.;
  • Təhlükəsizlik sistemləri (kameralar, siqnalizasiya və digər müşahidə vasitələri) üzrə monitorinq aparmaq və aşkar olunan uyğunsuzluqları vaxtında aidiyyəti üzrə məlumat vermək;
  • Təhlükəsizlik protokollarının, mövcud normativ tələblərin və təsdiq olunmuş vəzifə təlimatının tələblərinə tam riayət edərək gündəlik xidmət fəaliyyətini icra etmək. 

Namizədlərdən tələblərimiz

  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • 20–40 yaş aralığında olmalı və Bakı şəhəri üzrə daimi qeydiyyatı olmalı;
  • Həqiqi hərbi xidmət keçmiş olmalı;
  • Gərgin və operativ iş rejimində işləmək bacarığı;
  • Təhlükəsizlik prosedurlarına və daxili intizam qaydalarına dəqiq və ciddi riayət olunması;
  • Yüksək məsuliyyət hissəsi, çeviklik və stresə dözümlülük;
  • Operativ qərar qəbul etmə və tapşırıqları vaxtında icra etmə bacarığı.

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
  • Psixoloji dəstək xidməti.

Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə müraciətinizi tamamlaya bilərsiniz: https://hr.metro.gov.az/vacancy/5579 

  • Daily37
  • Weekly424
  • Monthly2138