Bakı Metropoliteni Bakı Metropoliteni
  • 715

Bakı Metropoliteni

Digər

Mühəndis - Proqramlaşdırıcı

  • Deadline 10 Mart 2026

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün mühəndis proqramlaşdırıcı axtarırıq! 

Namizəd Metropolitenin dispetçer məntəqəsinin proqram təminatının daim işlək vəziyyətdə olmasını, proqram təminatının təkmilləşdirilməsi, test edilməsi sahəsində əsas rol oynayacaq.

Sizi hansı öhdəliklər gözləyir?

  • Proqram təminatının hazırlanması;
  • Hazırlanmış proqram təminatının real rejimdə test edilməsi;
  • Proqram təminatının istifadəsi, yaranan xətaların aradan qaldırılması;
  • Proqram təminatının təkmilləşdirilməsi sahəsində təkliflərin verilməsi və təkmilləşdirilməsi;

Namizədlərdən tələblərimiz

  • Ali təhsil (informasiya texnologiyaları, elektronika,avtomatika, kompüter mühəndisliyi, tətbiqi riyaziyyat, data analitika və ya kompüter elmləri)
  • Proqramlaşdırma dilləri (Visual basic 2010, SQL, Scada proqramları və s.);
  • Böyük həcmli məlumatlarla işləmək, analitik təhlil və hesabatlılıq bacarığı;
  • Analitik düşünmə, detallara diqqət və problemləri həll etmə qabiliyyəti;
  • Azərbaycan dili mükəmməl, peşəkar ədəbiyyatı və beynəlxalq təcrübəni araşdırmaq üçün yaxşı ingilis və ya rus dili biliyi arzuolunandır.

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
  • Psixoloji dəstək xidməti.

Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5432  müraciətinizi tamamlaya bilərsiniz.

Uğurlar!

  • Daily0
  • Weekly253
  • Monthly940