Bakı Metropoliteni qatar maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir. Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!
Karyerana güclü start ver — Təcrübə proqramı sayəsində gələcəkdə 4-cü dərəcəli qatar maşinisti kimi 1370 AZN əmək haqqı almaq imkanına yüksəl.
Proqram sizə nə qazandıracaq?
- 6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
- Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
- Təcrübə dövründə minimum aylıq əmək haqqı
- Təcrübənin sonunda davamlı işə qəbul imkanı
- Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı
Biz kimləri axtarırıq ?
- Cinsindən asılı olmayaraq, yaşı 22-35 arası olan gəncləri
- Ali texniki, orta texniki və ilk texniki peşə ixtisaslı məzunları
Seçim prosesi necə aparılır ?
- İxtisas üzrə test imtahanı
- Ətraflı müsahibə
- Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər
Metropoliten sizə nə vəd edir ?
- Metropolitendən ödənişsiz istifadə
- Nahar (güzəştli)
Müraciət Üçün
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5412 müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!