Qatar maşinistliyi üzrə peşə təcrübə proqramı

  • Истекает 20 июнь 2026

Bakı Metropoliteni Qatar maşinistliyi üzrə peşə təcrübə proqramı elan edir. 

Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!

Karyerana güclü start ver — Təcrübə proqramı sayəsində gələcəkdə 4-cü dərəcəli qatar maşinisti kimi 1510 AZN əmək haqqı almaq  imkanına yüksəl.

Proqram sizə nə qazandıracaq?

  • 6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
  • Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
  • Təcrübə dövründə minimum aylıq əmək haqqı
  • Təcrübənin sonunda davamlı işə qəbul imkanı
  • Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı

Biz kimləri axtarırıq?

  • Cinsindən asılı olmayaraq yaş - 22-35 arası gəncləri
  • Təhsil - ali texniki, orta texniki və ilk peşə ixtisaslı
  • Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)

Seçim prosesi necə aparılır?

  • İxtisas üzrə test imtahanı
  • Ətraflı müsahibə
  • Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

​​​​​​​​​​​​​​​​​​​​​Metropoliten sizə nə vəd edir?

  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə
  • Nahar (güzəştli)

Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5412  müraciətinizi tamamlaya bilərsiniz.

Uğurlar!

  • Daily3
  • Weekly654
  • Monthly2039