Soyuducu qurğuların maşinisti

  • Истекает 10 август 2026

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Elektromexanika xidmətinin İsitmə və soyutma sisteminin istismarı qrupuna “Soyuducu qurğuların maşinisti” vəzifəsi üzrə namizədlər axtarırıq!

Namizəd VRF/VRV/CHİLLER və havalandırma sistemlərinə texniki qulluq, təmir və nasazlıqların aradan qaldırılmasını təmin edəcək.

Sizi hansı öhdəliklər gözləyir?

  • Kondisioner, ventilyasiya və soyutma sistemlərinin quraşdırılması;
  • VRF/VRV/CHİLLER və havalandırma sistemlərində nasazlıqların araşdırılması;
  • Avadanlıqlara planlı texniki xidmətin göstərilməsi;
  • Nasazlıqların diaqnostikası və aradan qaldırılması;
  • Freonun doldurulması, boşaldılması, vakumlama və sızmaların aşkarlanması;
  • Elektrik və idarəetmə sxemlərinin yoxlanılması;
  • Filtrlərin, istilik dəyişdiricilərinin və digər hissələrin təmizlənməsi;
  • Kompressor, fan, nasos və digər komponentlərin diaqnostikası və dəyişdirilməsi;
  • İş zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi;
  • Quraşdırılmış və təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və istismara verilməsi.

Namizədlərdən tələblərimiz

  • Soyuducu qurğularla iş üzrə 1 il iş təcrübəsi;
  • VRF/VRV/CHİLLER sistemlərinin iş prinsipini bilmək;
  • Elektrik sxemlərini oxumaq bacarığı;
  • Ölçü cihazlarından (multimetr, manometr və s.) istifadə etmək;
  • Freonlarla işləmə qaydalarını bilmək;
  • Hündürlükdə işləmək bacarığı;
  • Komandada işləmək və ünsiyyət qurmaq bacarığı;
  • Azərbaycan dilində mükəmməl, rus və ya ingilis dili bilikləri üstünlükdür.

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
  • Psixoloji dəstək xidməti.

Vakansiyaya müraciət etmək üçün Metropolitenin  hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5467 müraciətinizi tamamlaya bilərsiniz.

Uğurlar!

  • Daily0
  • Weekly552
  • Monthly14