Təmirçi çilingər

  • Истекает 30 ноябрь 2026

Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Birləşmiş emalatxana və istehsalat xidmətinin Maşın və mexanizmlərin təmiri sahəsinə Təmirçi çilingər axtarırıq!

Namizəd emalatxana şəraitində maşın və mexanizmlərin, müxtəlif sənaye avadanlıqlarının texniki xidməti, təmiri və bərpası işlərini həyata keçirəcəkdir.

Sizi hansı öhdəliklər gözləyir?

  • Maşın, mexanizm və müxtəlif sənaye avadanlıqlarının sökülməsi, təmiri, bərpası və yığılması;
  • Təmirə qəbul edilən avadanlıqların texniki vəziyyətinin yoxlanılması, nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
  • Nasaz detalların dəyişdirilməsi, hissələrin uyğunlaşdırılması və mexanizmlərin sazlanması;
  • Təmir işləri zamanı çilingər və ölçü alətlərindən düzgün və səmərəli istifadə edilməsi;
  • Təmir olunmuş avadanlıqların sınaqdan keçirilməsi və işlək vəziyyətinin yoxlanılması;
  • Texniki sənədlər, çertyojlar və təmir təlimatları əsasında işlərin icra edilməsi;
  • İş prosesində texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunması;
  • Dəzgah, pres, nasos, kompressor və digər sənaye avadanlıqlarının planlı və təcili təmirində iştirak edilməsi.

Namizədlərdən tələblərimiz

  • Müvafiq sahə üzrə orta ixtisas və ya peşə təhsili, yaxud istehsalat sahəsində minimum 6 ay iş təcrübəsi;
  • Maşın və mexanizmlərin quruluşu, iş prinsipi və təmir üsulları haqqında biliklər;
  • Texniki sənədlər və çertyojlarla işləmək bacarığı;
  • Çilingər və ölçü alətlərindən istifadə bacarığı;
  • Mexaniki nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və intizamlılıq;
  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı.

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • “Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkan;
  • Psixoloji dəstək xidməti.

Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5688 müraciətinizi tamamlaya bilərsiniz.

Uğurlar!

  • Daily77
  • Weekly338
  • Monthly917