Bakinity Distribution MMC Bakinity Distribution MMC
  • 1.1K
Bakinity Distribution MMC

Bakinity Distribution MMC

Ticarət şirkətləri və distribyutorlar

Kargüzar - Referent

  • Deadline 18 Dekabr 2024

 Vəzifə öhdəlikləri:

  • Direktorun ümumi qəbul günlərini təşkil etməli, qəbula gələnlərin qəbula düşməsini tənzimləməli;
  • Görüş protokolları hazırlamalı və müvafiq qeydlər aparmalı;
  • Daxili və xarici məktubların hazırlanması, göndərilməsi və alınan yazışmaların təşkilatın uyğun bölmələrinə yönləndirilməsi
  • Sənədlərin idarə olunması və arxivləşdirilməsi (kağız və elektron sənədlər)
  • Rəhbərlik tərəfindən gələn zənglərin qəbul edilməsi və yönləndirilməsi.
  • E-poçtların cavablandırılması, lazımi məlumatların toplanması və rəhbərliyə təqdim edilməsi;
  • Ofisin iş üçün zəruri olan dəftərxana ləvazimatları, istehlak materialları və digər inventar əşyaları ilə təmin edilməsini təşkil etmək;
  • Kuryer xidməti ilə əlaqə saxlanılması, işlərin koordinasiya edilməsi;
  • Təşkilati işlərin idarə edilməsində  təqvimlərin və planların təşkil edilməsi ( “Bitrix24” proqramı vasitəsi ilə)
  • Hesabatların hazırlanması və təqdim edilməsi və s.

Namizədə dair arzu olunan bilik və bacarıqlar:

  • İdarəetmə, biznes idarəçiliyi, maliyyə və ya əlaqəli sahələrdə orta ixtisas təhsili və ya ali təhsil;
  • Kargüzar-referent və ya administrativ dəstək sahəsində ən azı 1-2 il iş təcrübəsi;
    Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı:( Azərbaycan və rus dili üzrə )
  • Elektron Sənəd Dövriyyəsi sistemindən istifadəni bilməlidir;
  • Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimatı bilməlidir;
  • «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununu bilməlidir;
  • Telefon və e-mail vasitəsilə peşəkar ünsiyyət qurma bacarığı;
  • Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) ilə işləmə bacarığı;
  • İnternet tədqiqatları və məlumat toplama bacarığı;
  •  İşgüzar ünsiyyətin əxlaqını və peşə etiketi qaydalarını bilməli;
  • Sənədlərin düzgünlüyü, vaxtında icrası və detallara diqqət etməli.

İş şəraiti:

  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri ) 
  • Vakansiya növü : Tam ştat
  • İş yeri : “Bakinity Distribution” MMC
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Son  müraciət tarixi:  18 dekabr 2024

  • Daily19
  • Weekly547
  • Monthly2190