Bakinity Distribution MMC Bakinity Distribution MMC
  • 875
Bakinity Distribution MMC

Bakinity Distribution MMC

Trading Companies & Distributors

Satınalma üzrə mütəxəssis (Azərbaycan Respublikası üzrə)

  • Истекает 14 май 2025

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin Satınalma proseduruna riayət etmək;
  • Yerli ( lokal) tərəfdaşlarla yazılı və şifahi ünsiyyətin aparılması;
  • Ölkədaxili satınalınan malların sifarişlərinin yerləşdirilməsi və anbara çatdırılması;
  • Təchizatçılarla layihə şərtlərinin, müddətinin və müqavilə şərtlərinin aydınlaşdırılmasını təmin etməli;
  • Təchizatçılarla mövcud müqavilələrin nəzərdən keçirilməli;
  • Təchizatçılarla müqavilələrin tərtibi, ödənişlərin icrasının izlənilməsi;
  • Daxili bazar qiymətlərinin müqayisəli təhlilinin aparılması;
  • Sərfəli şərtləri təmin etmək üçün təchizatçılar və satıcılarla danışıqlar aparmalı, qiymət və spesifikasiyalar üzrə təklifləri müqayisə etməli;
  • Müqavilə imzalanması üçün müvafiq sənədlərin hazırlanmasına nəzarət etməli və müvafiq şöbəyə təqdim etməli;
  • Etibarlı satıcı və təchizatçılar bazasının yaradılmasında iştirak etməli;
  • Malların və xidmətlərin satınalınması üçün müqavilələrin və əlavə müqavilələrin hazırlanması və icrasında iştirak etməli;
  • Sorğuya əsasən tələb olunan mal-materialların analiz olunması, daxili bazarlardan məhsulların tapılması;
  • Uyğun sifarişlər təsdiqləndikdən sonra, “Bitrix24” proqram təminatında sifarişi rəsmiləşdirmək;
  • Məhsul ödənişlərinin və  məhsulun anbara daxil olmasının nəzarətini izləmək;
  • Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə dair arzu olunan bilik və bacarıqlar:

  • Müvafiq sahə üzrə ali təhsil (İqtisadiyyat, maliyyə, menecment və oxşar sahələr)
  • Magistratura təhsili arzuolunandır;
  • Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi (İT sahəsi);
  • Yaxşı təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;
  • Verilən məlumatları təhlil etmək və düzgün nəticələr çıxarmaq bacarığı;
  • Fikirlərini aydın şəkildə yazılı və şifahi ifadə etmək bacarığı, həmkarlarla və müştərilərlə yaxşı münasibətlər qurma bacarığı;
  • Gündəlik işlərdə qarşılaşılan məsələlərin sürətli və effektiv şəkildə həlli;
  • Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) ilə işləmə bacarığı;
  • Azərbaycan və rus dillərində yüksək səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (İngilis dili biliyi arzuolunandır);
  • CRM proqram təminatında işləmə bacarığı;
  • Komanda mühitində işləmək bacarığı və istəyi;

Əlavə məlumat:

  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
  • Vakansiya növü : Tam ştat
  • İş yeri: “Bakinity Distribution” MMC
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Push 30-dan endirim ilə yararlanmaq imkanı;
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası”na qoşulmaq imkanı;
  • İT sahəsində peşəkar inkişaf imkanı.

Maraqlanan namizədlər Müraciət et butonunda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily19
  • Weekly588
  • Monthly208